NATO baş katibi Türkiyənin müdafiə sənayesini yüksək qiymətləndirib

NATO baş katibi Türkiyənin müdafiə sənayesini yüksək qiymətləndiribNATO-nun baş katibi Mark Rütte bildirib ki, alyansın müdafiə sənayesi sahəsində əməkdaşlığı və innovasiyası qarşıdan gələn NATO zirvəsinin əsas mövzularından biri olacaq.

Qaynarinfo-nun xarici mətbuata istinadla xəbər verir ki, Rütte Türkiyənin NATO-nun müdafiə sənayesi bazasında artan rolunu yüksək qiymətləndirib.

Atlantik Şurasının tədbirində çıxış edən Rütte deyib ki, qarşıdakı zirvə ötən il Haaqada keçirilən sammitdə qəbul edilmiş öhdəliklərin icrasını nümayiş etdirəcək.

O bildirib: "Dünyaya görülən işləri nümayiş etdirəcəyik".

Rütte əlavə edib ki, zirvədə "NATO 3.0" konsepsiyasına xüsusi diqqət yetiriləcək. Onun sözlərinə görə, bu konsepsiya güclü alyans daxilində Avropanın müdafiə sahəsində rolunun daha da möhkəmləndirilməsini nəzərdə tutur. O, Haaqa sammitində 2035-ci ilədək ÜDM-in 5 faizinin müdafiə xərclərinə ayrılması ilə bağlı qərarı tarixi adlandırıb.

NATO-nun baş katibi qeyd edib ki, Avropa müttəfiqləri və Kanada 2016-2026-cı illər ərzində müdafiə xərclərinə əlavə 1,2 trilyon dollar vəsait yönəldib. Onun sözlərinə görə, 2025-ci ildə müdafiə investisiyalarının həcmi təxminən 20 faiz artıb və bu vəsaitlərin real hərbi imkanlara çevrilməsi böyük əhəmiyyət daşıyır.

Rütte müttəfiqləri istehsal və sənaye əməkdaşlığını genişləndirməyə çağıraraq deyib:

"Bizə əsl Transatlantik müdafiə sənayesi inqilabı lazımdır".

O bildirib ki, zirvə çərçivəsində müdafiə sənayesinə həsr olunmuş xüsusi tədbir keçiriləcək, burada on milyardlarla dollar dəyərində yeni müqavilələr, niyyət protokolları və iri layihələr təqdim ediləcək. Rütte vurğulayıb ki, NATO-nun müdafiə sənayesi bazası Kaliforniyadan Türkiyəyədək uzanır.

Baş katib qeyd edib ki, Türkiyədə təxminən 3 min müdafiə sənayesi şirkəti fəaliyyət göstərir. O xatırladıb ki, bu il "ASELSAN" şirkətini ziyarət edib və onu Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti adlandırıb.

Rütte deyib:

"Onlar Türkiyənin müdafiə sənayesi inqilabına təkan verir və bunun faydasını bütün alyans üzvləri görəcək".

Baş katib Rusiyanı NATO üçün hazırkı və uzunmüddətli təhlükə kimi qiymətləndirib. O, həmçinin Çinin hərbi modernizasiyasını, Şimali Koreyanın nüvə proqramını və İranın nüvə proqramını da risk amilləri sırasında göstərib. Rütte NATO-nun Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

O əlavə edib ki, Prezident Volodimir Zelenski Ankarada keçiriləcək zirvədə iştirak edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 344   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021