Beş yüz min ev üçün ümid - Nəhəng problem həll olunur?

Beş yüz min ev üçün ümid - Nəhəng problem həll olunur?Sənədsiz evlər problemi yenidən diqqət mərkəzindədir. Milli Məclisdə deputat Kamal Cəfərov tərəfindən bu evlər üçün amnistiya təklifi irəli sürülüb. Rəsmi məlumatlara görə, ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Hüquqi statusun olmaması vətəndaşları qeydiyyat, kommunal təminat, vərəsəlik və alqı-satqı kimi fundamental mülkiyyət hüquqlarından məhrum edir. Nəticədə, mülklərin bazar dəyəri 20-30% ucuzlaşır, banklar onları girov qəbul etmir və bu mülklər iqtisadi fəaliyyət üçün kapitala çevrilə bilmir.

Problemin həlli üçün Türkiyənin 2018-ci ildə 7 milyon evi əhatə edən "İmar Barışı" proqramına istinad edilərək, ölkəmizdə də oxşar dövlət proqramının icrası təklif olunur. Nəqliyyat, enerji xətlərinin mühafizə zolaqları və digər riskli ərazilər istisna olmaqla, qalan tikililərin leqallaşdırılmasının ölkə iqtisadiyyatına və büdcəyə milyardlarla manat əlavə dəyər qazandıracağı vurğulanır. Bəs, parlamentdə səsləndirilən bu amnistiya təşəbbüsü nə dərəcədə realdır?

"50-55 min mənzil dərhal sənədləşdirilə bilər"

Əmlak eksperti Firdovsi Xəlilovun sözlərinə görə, bu məsələnin birdən-birə həlli qeyri-mümkündür: "Real və effektiv nəticə əldə etmək üçün sənədsiz evlər kateqoriyalara bölünməli və qeydiyyatları ən asandan çətinə doğru prinsipi ilə həll edilməlidir. Sənədləşdirmənin ən asan mərhələsi çoxmənzilli yaşayış binalarıdır. Bir çox yeni tikililərdə vətəndaşlar qaz, su və işıqla təmin olunsa da, çıxarışların verilməsi bəzən 10-15 il yubanır. İlkin hesablamalara görə, MTK-lar qarşısında öhdəliklərini tam yerinə yetirmiş 50-55 min mənzil dərhal sənədləşdirilə bilər".

F.Xəlilov bildirdi ki, ikinci kateqoriyaya təyinatı uyğun olmayan torpaqlarda tikilmiş fərdi evlər aiddir. Vətəndaşın mülkiyyətində olan torpaqda tikilmiş, lakin ərazisi kənd təsərrüfatı və ya örüş təyinatlı olan on minlərlə ev var: "Buna misal olaraq Bakının Binə, Xocəsən, Pirşağı, Mehdiabad, eləcə də Sumqayıt ətrafındakı qəsəbələri göstərmək olar. Nazirlər Kabinetinin qərarı ilə bu ərazilərin təyinatı dəyişdirilərək yaşayış məntəqələrinə aid edilməli, daha sonra isə vətəndaşlar şəhərsalma qaydalarına uyğun şəkildə çıxarışlarını almalıdırlar. Üçüncü mərhələ bələdiyyə sənədli torpaqları əhatə edir. İlk növbədə bu ərazilərin yaşayış üçün uyğunluğu yoxlanılmalı və başqa şəxslərin ərazi üzərində mülkiyyət iddiasının olub-olmaması dəqiqləşdirilməlidir. Əgər hər şey qaydasındadırsa, təyinat dəyişdirilərək mərhələli şəkildə həm torpağa, həm də evə çıxarış verilə bilər".

"Amnistiyanın gələcəkdə yeni qeyri-qanuni tikililərə yol açmaması üçün..."

Ekspertin fikrincə, ən çətin və sona saxlanılmalı olan mərhələ isə zəbt olunmuş və mübahisəli ərazilərdəki evlərin taleyinə aydınlıq gətirilməlidir: "Məhkəmə predmeti olan bu ərazilərə yüksək gərginlikli elektrik xətlərinin altı, magistral yolların kənarları və su kollektorlarının üzərində tikilmiş evlər aiddir. İnsan həyatı üçün təhlükə yaradan belə evlər istisna olmaqla, digər qruplarda sənədləşməyə başlanarsa, bir il ərzində 500 min mənzilin ən azı yarısına çıxarış vermək mümkündür. Bununla yanaşı, amnistiyanın gələcəkdə yeni qeyri-qanuni tikililərə yol açmaması üçün yaşayış təyinatı olmayan riskli ərazilərdə (məsələn, kollektor və göl ətrafında) evlərin inşasının qarşısı sistemli şəkildə alınmalıdır".

"Hüquqi baxımdan tam realdır"

Hüquqşünas Rüstəm Əzimzadə düşünür ki, onilliklərdir istifadə edilsə də, bu tikililər hüquqi baxımdan dövlət reyestrində yoxdur. Məsələ Mülki Məcəllə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun və Şəhərsalma Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə görə, müvafiq tikinti icazəsi olmayan hər hansı bina qanunsuz sayılır. Məhz bu status boşluğu yüz minlərlə vətəndaşı qeydiyyat, kommunal xidmət, vərəsəlik və kredit imkanlarından məhrum edir: "Parlamentdə səsləndirilən amnistiya təşəbbüsü hüquqi baxımdan tam realdır. Bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Məsələn, Türkiyədə 2018-ci ildə tətbiq edilən "İmar Barışı" proqramı çərçivəsində yeddi milyondan çox tikili bazar dəyərinin cüzi 3 faizi həcmində rüsum ödənilməklə rəsmiləşdirilib. İspaniya, Portuqaliya və bir sıra digər ölkələrdə də analoji mexanizmlər dövlət və vətəndaş münasibətlərində müsbət nəticə verib".

"Əmlak tam hüquqi dövriyyəyə daxil olacaq"

Hüquqşünasın fikrincə, vətəndaş rəsmi çıxarış əldə edərək Konstitusiyanın 13-cü maddəsindəki mülkiyyət təminatından tam yararlanacaq. Vərəsəlik hüququ bərpa ediləcək və illərdir yığılıb qalan miras problemləri rəsmiləşəcək: "Alqı-satqı və girov proseslərində köklü dönüş baş verəcək. Əmlak tam hüquqi dövriyyəyə daxil olacaq, evlərin hazırda mövcud olan 20-30 faizlik dəyər itkisi aradan qalxacaq".

Xüsusi dövlət proqramı və ya ayrıca qanun

Hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, dövlət ilk növbədə hansı tikililərin leqallaşdırılmasının mümkün olduğunu müəyyən etməlidir. Nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, strateji təyinatlı torpaqlarda, təhlükəli geoloji ərazilərdə və hüquqi mübahisə predmeti olan torpaq sahələrində yerləşən evlərin leqallaşdırılması qanunvericilik və ictimai təhlükəsizlik baxımından mümkün deyil.

E.Məmmədov hesab edir ki, problemin həlli üçün mövcud qanunvericiliyə ayrı-ayrı dəyişikliklər etmək kifayət etməyə bilər. Çünki məsələ həm torpaq hüququnu, həm şəhərsalma qaydalarını, həm də daşınmaz əmlakın dövlət qeydiyyatı sistemini əhatə edir: "Buna görə də xüsusi dövlət proqramının və ya ayrıca qanunun qəbul edilməsi daha məqsədəuyğun olardı. Əsas məsələ hüquqi, texniki və təhlükəsizlik meyarlarının düzgün müəyyən olunması və prosesin mərhələli şəkildə həyata keçirilməsidir". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 358   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr