Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb. Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən
Rusiya Ukraynanın Zaporojye, Xerson və Sumı bölgələrinə raket zərbələri endirib, nəticədə 32 nəfər yaralanıb.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən məlumat verir.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Zaporojyedə iki uşaq da daxil olmaqla, doqquz nəfər xəsarət alıb.
Bildirilir ki, aviahücumlar nəticəsində çoxmənzilli yaşayış binası qismən dağılıb, xilasedicilər dağıntılar altından iki nəfəri çıxarıblar. Daha bir zərbə təhsil müəssisəsinin ərazisinə dəyib. Həmçinin qonşuluqdakı yaşayış evləri, şəxsi mülklər və avtomobillər də zərər görüb.
Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, bölgənin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 13 nəfər yaralanıb.
Bundan əlavə, Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Rusiya qoşunları şənbəyə keçən gecə bölgənin rayonlarından birinə kütləvi PUA (Pilotsuz Uçuş Aparatı - dron) hücumu edib. Zərbə nəticəsində 10 mülki şəxs yaralanıb.
Rusiya qoşunları 27 iyuna keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma stansiyalarına zərbələr endirib.
Zərbə nəticəsində Zaporojyedə yanacaqdoldurma məntəqəsində qaz çəni və inzibati bina alovlanıb.
Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasında iki yanacaqdoldurma məntəqəsi atəşə tutulub. Yanacaqdoldurma məntəqələrindən birində zərbə nəticəsində bina dağılıb, təxminən 400 kvadratmetr ərazidə yanğın baş verib və 10 ədəd texnika zədələnib.
Ərazidəki digər yanacaqdoldurma stansiyasının operator binasına ziyan dəyib.
Ukraynanın Dnepropetrovsk bölgəsində Rusiyanın gecə hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.
Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qanja bildirib ki, bölgənin iki rayonuna PUA və aviabombalardan istifadə edərək 30 dəfədən çox zərbə endirilib. O qeyd edib ki, nəticədə 56 yaşlı qadın həlak olub, 13 yaşlı qız və 44 yaşlı qadın yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 480 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrKredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn
31 oktyabrAzərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
31 oktyabr