Azərbaycanda boşanmalar niyə artır? - AÇIQLAMA

Azərbaycanda boşanmalar niyə artır? - AÇIQLAMA2026-cı ilin ilk rübündə Azərbaycanda 4614 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 1,9-dan 1,8-ə düşərək cüzi azalma göstərib.Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 1,9-dan 1,8-ə düşərək cüzi azalma göstərib.İlk 3 ayın göstəriciləri: Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 20362 doğuş və 8203 nikahla yanaşı, 4614 rəsmi nikah pozulması qeydə alınıb. Bu gün boşanmaların artması əsasən sosial şəbəkələrin təsiri, iqtisadi müstəqillik, erkən nikahlar, qarşılıqlı hörmət və dözümsüzlüyün azalması, həmçinin boşanma proseslərinin hüquqi cəhətdən sadələşdirilməsi ilə bağlıdır.Aparılan araşdırmalar və müşahidələr boşanma statistikasına təsir edən əsas amilləri bir neçə qrupda birləşdirir:

Sosial şəbəkələr və virtual aləm: Real ünsiyyətin azalması, qısqanclıq, virtual xəyanətlər və ailə sirrlərinin kənar şəxslərə açıqlanması münasibətləri bünövrədən sarsıdır.

Psixoloji və sosial dözümsüzlük:
Cütlərin bir-birinə güzəştə getməməsi, səbrin azalması, üçüncü şəxslərin (qohumların) ailə işlərinə müdaxiləsi və psixoloji hazırlığın olmaması.

İqtisadi müstəqillik və gender bərabərliyi:
Qadınların sosial və maddi cəhətdən daha az asılı olması onlara zərərli və zorakılıq olan münasibətlərdən (məişət zorakılığından) qorxmadan çıxmaq imkanı yaradır.

Sadələşdirilmiş hüquqi prosedurlar:
Qanunvericilikdə boşanma proseslərinin daha sadə və əlçatan olması, məhkəmələrdə barışıq üçün verilən vaxtdan səmərəli istifadə edilməməsi rəsmi boşanma saylarını artırır.Erkən və məcburi nikahlar: Gənclərin psixoloji olaraq ailə məsuliyyətinə hazır olmaması, sevgi olmadan qurulan evliliklər zamanla ciddi konfliktlərə və ayrılıqlara gətirib çıxarır.

Erkən və məcburi nikahlar:
Gənclərin psixoloji olaraq ailə məsuliyyətinə hazır olmaması, sevgi olmadan qurulan evliliklər zamanla ciddi konfliktlərə və ayrılıqlara gətirib çıxarır.

Məsələ ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, bu gün boşanmaların artmasına səbəb olan bir çox amillər var.

"Təəssüf ki, bu gün ailə quran gənclər bir-birini seçərkən bir-birini seçərkən əxlaqi dəyərlərə yox, fiziki göstəricilərə və maddiyyata baxırlar. Təəssüf ki, gənclərlər düşünürlər ki, seçdikləri insan yaraşıqlıdırsa, gözəldirsə və pulu varsa o xoşbəxt olacaq. Nə xasiyyət, nə psixoloji uyğunluq nəzərə alınmır. Toydan sonra məlum olur ki, gənclər xasiyyət və psixoloji uyğunluq baxımından bir-birinə zidd insanlardır. Nəticədə də tərəflər arasında söz-söhbətlər və mübahisələr başlayır. Xırda bir səbəb tərəflər arasında münaqişəyə səbəb ola bilir. Ona görə də yaxşı olar ki, aile quran zamanı gənclər qan analizi ilə yanaşı psixoloji testdən keçsin. O zaman məlum olar ki, gənclər bir-birinə uyğundur yoxsa yox. Düzdür, boşanmaların qarşısını almaq üçün psixoloji test kifayət deyil. Ailələr də böyük rol oynayır. Bəzən ailələrin müdaxiləsi de boşanmalara səbəb ola bilir".

Sosioloq vurğulayıb ki, bəzən kişilərdə məişət zorakılığı, narkotik, alkoqol, qumar və digər zərərli vərdişlərin olması, eləcə də xəyanət boşanmaya səbəb olur:

"Amma ən çox maddi imkanla bağlı ailədə yaranan narazılıqlar, kənar təsirlər - qaynana, baldız və qohumların ailə məsələlərinə müdaxiləsi boşanmaya səbəb olur. Boşanmaların qarşısını almaq üçün ilkin olaraq gənclərə ailə qurmağın məsuliyyətini düzgün aşılamaq lazımdır. Çünki boşanmaların artma səbəbi tərəflərin ailə məsuliyyətini anlamamasıdır. Düşünürəm ki, insanlar ailə qurmazdan öncə ailə dəyərlərini üstün tutmalı və məsuliyyəti dərk etməlidirlər. Ən önəmlisi isə tərəflər həm psixoloji, həm də maddi cəhətdən ailə qurmağa hazır olmalıdırlar. Yəni bu iki amil biri-birini tamamlamalıdır. Yəni gənclər məsuliyyətlərini dərk etdikdən sonra ailə həyatı qurmalıdırlar. Belə olduğu təqdirdə, gənclər öz partnyorlarını seçdikdə hörmət və anlayış balansı qorunub saxlanır, qurulan ailənin təməli möhkəm olur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 869   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr