Paytaxtda 177 eskalator yenilənəcək

Paytaxtda 177 eskalator yenilənəcəkAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payiz aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu işlər çərçivəsində bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur "KONE" şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifarış olunub, hal-hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb. Bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.

Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.

Paytaxtda 177 eskalator yenilənəcək


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 241   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəhruz Quliyev: "Azərbaycan polisi dövlətçiliyin, sabitliyin və ictimai təhlükəsizliyin əsas dayaqlarından biridir"

"Azərbaycan Polisinin peşə bayramı münasibətilə ilk növbədə bütün polis əməkdaşlarını təbrik edir, onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıram. Azərbaycan Polisi yarandığı gündən dövlətçiliyin qorunmasında, ictimai asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizəd

2 iyul
.

Səidə Bəkiqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA - ÖZƏL

Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı blogger Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb bloggerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub. BİG.AZ məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı yayıla

2 iyul
.

Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə

Bakıda yaşayış binasının ərazisində ilan peyda olub. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Hadisə paytaxtın Xətai rayonunda yerləşən Gəncə prospekti 59 ünvanında qeydə alınıb. Görüntülərdən məlum olur ki, ilan yaşayış binasının blokuna daxil olaraq pilləkənlə sürünüb. Sakinlə

2 iyul
.

"Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahəsində regionun aparıcı ölkələrindən birinə çevirməkdir"- Deputat

"29 iyun tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Prezident İlham Əliyevin 2026-2028-ci iilər rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı strategiyasının icrası ilə bağl

2 iyul
.

Leyla Əliyeva Yevlaxda Cümə məscidində oldu, məktəb açılışında iştirak etdi (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib. Qaynarinfo xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyl

2 iyul
.

"Bu gün Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas iqtisadi və ticarət tərəfdaşı Azərbaycandır" - DEPUTAT

"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur". Bunu -a danışan Vüqar İskəndərov bildirib. Deputat qeyd edi

3 iyul
.

"Bu gün Azərbaycan Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir" - DEPUTAT

"Bu gün Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlayıb. Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı mətbuata verdikləri birgə bəyanatlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığın

3 iyul
.

Ehtiyatda olan mayor faciəvi şəkildə öldü

Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb. M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 2

2 iyul
.

"Bu gün Azərbaycan polisi öz peşə borcunu layiqincə yerinə yetirərək dövlətin, xalqın və qanunun keşiyində dayanır" - DEPUTAT

"Polis ulu öndər Heydər Əliyevin söylədiyi kimi Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. Bir əsrdən artıq tarixə malik olan daxili işlər orqanları keçən bu illər ərzində dövlətçiliyi

2 iyul