Gənclərin ən çox və ən az yaşadığı rayonlar (TAM SİYAHI)

Gənclərin ən çox və ən az yaşadığı rayonlar (TAM SİYAHI)Azərbaycanda son beş ildə 14-29 yaşlı gənclərin sayı ümumi ölkə üzrə cüzi artsa da, rayonlar və şəhərlər üzrə mənzərə tamamilə fərqlidir. Bəzi bölgələrdə gənclərin sayı minlərlə nəfər artıb, digərlərində isə nəzərəçarpacaq azalma qeydə alınıb. Artım əsasən Bakıətrafı ərazilərdə və iri şəhərlərdə müşahidə olunub, bir sıra rayonlarda isə gənclərin sayı azalmağa davam edib.

Modern.az Dövlət Statistika Komitəsinin 2022-2026-cı illər üzrə məlumatlarını təhlil edib.

Rəsmi statistikaya görə, ölkədə 14-29 yaşlı əhalinin sayı 2 milyon 302 min 142 nəfərdən 2 milyon 318 min 361 nəfərə yüksəlib. Bu, beş il ərzində 16 min 219 nəfərlik artım deməkdir.

Ən böyük artım Abşerondadır

Son beş ildə gənclərin sayının ən çox artdığı inzibati ərazi Abşeron rayonu olub. Burada gənclərin sayı 94 min 872 nəfərdən 108 min 820 nəfərə yüksələrək 13 min 948 nəfər artıb.

İkinci yerdə Sumqayıt şəhəri qərarlaşıb. Burada son beş ildə gənclərin sayı 9 min 190 nəfər artıb. İlk "3-lüy"ü isə 4 min 521 nəfərlik artımla Xəzər rayonu tamamlayır.
Sonrakı pillələrdə Gəncə şəhəri yer alır. Burada gənclərin sayı 1 574 nəfər artıb. Şamaxıda bu göstərici 1 563, Binəqədidə 1 550, Mingəçevirdə isə 1 411 nəfər olub.

Artım təkcə iri şəhərlərlə məhdudlaşmayıb. Füzuli rayonu beş ildə 1 354, Kəngərli rayonu 1 347, Ağcabədi isə 1 087 nəfər yeni gənc qazanaraq ilk "10-luq"da yer alıb.

Ən böyük azalma isə Bakının mərkəzi rayonlarında qeydə alınıb

Gənclərin sayının ən çox azaldığı rayon Nəsimi olub. Burada beş il ərzində 14-29 yaşlı şəxslərin sayında 3 min 438 nəfər azalma qeydə alınıb.

Nəsimidən sonra ən böyük azalma Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Bu rayonlarda gənclərin sayı müvafiq olaraq 2 min 735 və 2 min 347 nəfər azalıb. Siyahının davamında Zaqatala rayonu 2 min 191, Xətai 1 min 925, Balakən 1 min 809, Tərtər 1 min 757, Tovuz 1 min 643, Qax 1 min 169 və Gədəbəy 1 min 167 nəfərlik azalma ilə yer alır.

Ən zəif artım bu rayonlarda qeydə alınıb

Son beş ildə bəzi rayon və şəhərlərdə gənclərin sayı artsa da, bu artım olduqca məhdud olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ən aşağı artım Naftalan şəhərində qeydə alınıb. Burada beş il ərzində 14-29 yaşlı əhalinin sayı cəmi 6 nəfər artıb.

Naftalandan sonra ən zəif artım İsmayıllı rayonunda müşahidə olunub. Burada gənclərin sayı 18 nəfər, Pirallahı rayonunda 32 nəfər, Xankəndi şəhərində isə 48 nəfər artıb.

Siyəzən rayonunda beş ildə 53 nəfər, Quba rayonunda 85 nəfər, Qobustan rayonunda 142 nəfər, Ordubad rayonunda 197 nəfər, Xocavənd rayonunda 218 nəfər, Şabran rayonunda isə 219 nəfər artım qeydə alınıb.

Bəs sizin rayonda gənclərin sayı necə dəyişib?

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son beş ildə gənclərin sayının artdığı rayon və şəhərlərin siyahısı kifayət qədər genişdir. İlk "10-luq"dan sonra da bir sıra bölgələrdə müsbət dinamika davam edib.

Belə ki, Babək rayonunda gənclərin sayı 1 042 nəfər, Naxçıvan şəhərində 1 022 nəfər, Xocalı rayonunda isə 1 007 nəfər artıb.

Sonrakı yerlərdə Qaradağ (786 nəfər), Cəbrayıl (763 nəfər), Yevlax (752 nəfər), Masallı (750 nəfər), Laçın (704 nəfər), Culfa (617 nəfər), Astara (575 nəfər), Sabunçu (570 nəfər), Ağdam (564 nəfər), Qubadlı (539 nəfər), Zəngilan (454 nəfər), Sədərək (433 nəfər), Lənkəran (427 nəfər), Hacıqabul (405 nəfər) və Xaçmaz (378 nəfər) rayonları qərarlaşıb.

Gənclərin sayının azaldığı digər rayonlar

Əks tendensiya isə ölkənin 40-dan çox rayon və şəhərində müşahidə olunub. Ən böyük azalma Nəsimi, Yasamal və Nərimanov rayonlarında qeydə alınsa da, siyahı bununla bitmir.

Sonrakı yerlərdə Zaqatala (2 191 nəfər), Xətai (1 925 nəfər), Balakən (1 809 nəfər), Tərtər (1 757 nəfər), Tovuz (1 643 nəfər), Qax (1 169 nəfər), Gədəbəy (1 167 nəfər), Nizami (1 149 nəfər), Qəbələ (1 147 nəfər), Qazax (1 136 nəfər), İmişli (1 061 nəfər), Şəki (1 022 nəfər), Səbail (967 nəfər), Saatlı (939 nəfər), Ağstafa (712 nəfər), Oğuz (639 nəfər), Yardımlı (617 nəfər), Salyan (613 nəfər), Şəmkir (533 nəfər), Goranboy (497 nəfər), Ağdaş (480 nəfər), Ucar (479 nəfər), Samux (466 nəfər), Suraxanı və Zərdab (hərəsində 420 nəfər), Sabirabad (370 nəfər), Göygöl (357 nəfər), Kəlbəcər (349 nəfər), Qusar (309 nəfər), Kürdəmir (308 nəfər), Bərdə (263 nəfər), Beyləqan (211 nəfər), Daşkəsən (194 nəfər), Şərur (188 nəfər), Şirvan (168 nəfər), Şuşa (159 nəfər), Neftçala (136 nəfər), Cəlilabad (112 nəfər), Ağsu (108 nəfər), Şahbuz (106 nəfər), Biləsuvar (74 nəfər), Xızı (70 nəfər), Göyçay (36 nəfər) və Lerik (21 nəfər) gəlir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 401   Tarix: 02 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yağış, bölgələrdə leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

9 sentyabr
.

"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev

Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. xəbər verir ki, aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. "Allah üzümə baxdı, həkimə vaxtında gəldim

8 sentyabr
.

3 cərrah ixtisasına uyğun olmayan plastik əməliyyatlar aparıb

Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Müəyyən edilmi

8 sentyabr
.

Yollar təmirə bağlanır, tıxac artır: Sürücülər nə etməlidir?

Yolların təmirə bağlanması nəqliyyat axınının alternativ küçələrə yönəlməsinə və həmin ərazilərdə sıxlığın artmasına səbəb ola bilər. Belə məhdudiyyətlər zamanı avtobus marşrutlarının da hərəkət sxemləri dəyişdirilir və bəzi istiqamətlərdə intervallar arta bilər. Bəs, təmir müddətində yaranan tıxacları

8 sentyabr
.

"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib

Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya problem yarandığını təsdiqləyiblər

8 sentyabr
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

8 sentyabr
.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur

Xəbər verdiyimiz kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Qaynarinfo -a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93"yaşayış kompleksinin və Novxanıdakı "My Beach"

9 sentyabr