"Bu gün Azərbaycan Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir" - DEPUTAT

"Bu gün Azərbaycan Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir" - DEPUTAT"Bu gün Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlayıb. Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı mətbuata verdikləri birgə bəyanatlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığını bir daha sübut etdi".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bu səfər sadəcə növbəti diplomatik görüş deyildi:

"Son aylarda Avropa İttifaqı rəhbərliyinin Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır və Azərbaycan regionda yaratdığı yeni reallıqları qəbul edir. Bu da danılmaz faktdır ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib. Ümumiyyətlə, ölkə başçısının da vurğuladığı ki, bu gün Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindir. Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, daha sonra isə Ursula Fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmin göstəricisidir. Bu da özlüyündə enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsini sübutudur. Bu da Prezident İlham Əliyevin bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyinin ən mühüm amilidir fikirini təsdiq edir.

Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması və Aİ-nin 10 üzv dövlətinin bizdən qaz alması təsdiqləyir ki, Azərbaycan Avropa üçün ən etibarlı tərəfdaşlardan biridir. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" bu gün konkret iqtisadi nəticələr verir və Brüssel də bunu açıq şəkildə etiraf edir. Ən önəmlisi bu gün münasibətlər yalnız qaz üzərində qurulmur. Prezident İlham Əliyevin çıxışı zamanı açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir.

Növbəti beş-altı il ərzində səkkiz giqavat günəş və külək enerjisinin istehsalına imkan verəcək müqavilələrin imzalanması Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək iddiasını gücləndirir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir".

Deputat vurğulayıb ki, Ursula Fon der Lyayenin səfəri zamanı diqqətçəkən ən mühüm siyasi mesajlardan biri də Azərbaycan-Ermənistan arasındakı sülh prosesi ilə bağlı idi:

"Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülh artıq qurulub. Bakı bunun praktik nəticələrini göstərmək üçün konkret addımlar atır. Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq ixracının başlanması regionda yeni iqtisadi münasibətlər modelinin formalaşdığını göstərir. Səfər zamanı ən diqqətçəkən məqam isə Avropa Komissiyasının da bu prosesi açıq şəkildə dəstəkləməsi oldu. Belə ki, Ursula Fon der Lyayen çıxışında regional əməkdaşlığın genişləndirilməsi üçün maliyyə və siyasi dəstək verməyə hazır olduğunu bəyan etməsi də bunu təsdiqləyir. Bütün bunlar Bakı ilə Aİ arasında münasibətlərin müsbətə doğru dəyişdiyini göstərir. Əgər bir neçə il əvvəl əsas müzakirə mövzusu enerji tədarükü idisə, indi gündəlikdə ticarət, yaşıl enerji, nəqliyyat dəhlizləri, regional təhlükəsizlik, sülh və uzunmüddətli iqtisadi inteqrasiya dayanır. Ursula Fon der Lyayenin ölkəmizə səfəri sübut etdi ki, Azərbaycan artıq Avropa üçün sadəcə enerji ixrac edən ölkə deyil. Həm də Avrasiyanın yeni geosiyasi və geoiqtisadi xəritəsində əsas dayaq nöqtələrindən biridir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 931   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr