Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundur

Sosioloq: Uşaq və yeniyetmələrlə bağlı sosial şəbəkələrdə nəzərdə tutulan tənzimləmə məqsədəuyğundurAzərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkəyə çıxışlarına məhdudiyyətlər qoyulması məqsədəuyğun addımdır.

Bunu "Report"a açıqlamasında sosioloq Nail Cəlil deyib.

Onun sözlərinə görə, rəqəmsal mühit, sosial şəbəkə günün reallığıdır:

"Dünyanın bir çox ölkələrində məhz sosial şəbəkələr, süni intellekt texnologiyaları, rəqəmsal mühitlə bağlı çox ciddi müzakirələr gedir. Çünki onun praqmatik töhfələri ilə yanaşı həm də neqativ təsirləri də var. Xüsusilə də bu neqativ təsirlərə uşaqlar, yeniyetmələr və gənc nəsil məruz qalır. Mütəxəssislərin də araşdırmalarından görünür ki, sosial şəbəkə platformaları uşaqlarda fraqmental düşüncə yaradır, riyazi-məntiqi təfəkkürü zəiflədir, özünə qapalılığa meyilləndirir, asosial davranışlara məruz qalırlar".

Sosioloqun fikrincə, mənfi təsirlərlə yanaşı, sosial şəbəkələr, süni intellekt texnologiyaları, smart qurğular uşaqların təhsil, karyera uğurları üçün imkanlar açır:

"Uşaqlar məhz bunun vasitəsilə dil bilikləri əldə eləyir və dünyanın bir çox ölkələrində öz həmyaşıdları ilə dialoqa girə bilirlər. Onlayn ünsiyyət vərdişləri real ünsiyyəti ləngidir. Bu mənfi təsirləri nəzərə alaraq ölkələr süni intellektlə bağlı, smart qurğular, İKT texnologiyaları ilə bağlı cəmiyyətin müqavimətini gücləndirən həll mexanizmləri düşünürlər. Ölkələr milli süni intellektlə bağlı milli strategiyalar qəbul edirlər. Azərbaycanda da 2025-ci il martın 19-da süni intellektlə bağlı strategiya qəbul olundu. Hesab edirəm ki, bununla bağlı Azərbaycanda rəqəmsal mühitdə sarı paylaşımlar, hüquqa zidd, əxlaqa zidd paylaşımların qarşısını almaq üçün bir sıra hüquqi tənzimləmə mexanizmləri və sosial maarifləndirmə işləri haqlı olaraq aparılır".
Nail Cəlil bildirib ki, dövlət başçısının rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan və kontentlərdən qorunması ilə bağlı Sərəncamında uşaqların sosial şəbəkələrdən, smart qurğulardan, İKT texnologiyalarından istifadə qaydaları, onun istifadə mexanizmləri ilə bağlı bir sıra məqamlar özünə yer alıb.

"Azərbaycanda 16 yaşa qədər istifadəçilər birbaşa valideyn və qəyyumun icazəsi olmadan rəqəmsal mühitdə müstəqil hesab aça bilməyəcəklər. Bunun üçün artıq texnoloji vasitələr, alətlər, mexanizmlər düşünülür. Düzdür, bu, zəruri addımdır, amma kafi deyil. Kafi olması üçün əlavə müşahidəçi sənədlərə, tədbirlərə də ehtiyac var. Xüsusilə də valideynlərin iştirakı, rəqəmsal maarifləndirməsinə ehtiyac var. Burada valideynlər, məktəb, ailə və hüquq-mühafizə orqanları korporativ sosial məsuliyyət çərçivəsində birgə əməkdaşlıq etməlidir. Bununla da sosial şəbəkə platformaları sağlam sosiallaşma institutu kimi formalaşa bilsin. Qadağaların olması, nəzarətin mövcudluğu mütləqdir və bu həm hüquqi, həm sosial, həm də mənəvi baxımdan ciddi tənzimlənəsi bir prosesdir".

Sosioloq həmçinin uşaq və yeniyetmələrin asudə vaxt keçirməsi üçün əlavə proqramlara ehtiyacı olduğunu hesab edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 376   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr