Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı

Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydıAbşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır.

Sonxeber.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub: "Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər.

Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.

Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır".

Qeyd edək ki, bir neçə gün öncə Abşeron rayonu ərazisindəki çimərliyə çəyirtkələr axın etməsi ilə bağlı görüntülər yayılmışdı. Görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə almışdı.

Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydıÇimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydıÇimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydıÇimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 717   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

8 sentyabr
.

Azərbaycanda qızlar oxu savadlılığında oğlanları qabaqlayıblar

Azərbaycanda cinslərarası ən böyük fərq oxu savadlılığında qızların xeyrinə qeydə alınıb. Qızlar oğlanları 36 balla qabaqlayıblar. Buna baxmayaraq, qızların oxu nəticələri belə baza səviyyəsinin altındadır. xəbər verir ki, bu, PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini

8 sentyabr
.

Nuranın oğlu Avropada təhsil alacaq

Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin

9 sentyabr
.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

8 sentyabr
.

Bu ərazi üzrə PENSİYALAR VERİLDİ

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları

8 sentyabr
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

8 sentyabr
.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

"Şəki yaylası"nda faciə - 2 nəfər öldü

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həla

8 sentyabr
.

Təcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ

Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər. TƏBİB-dən -in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası

8 sentyabr