"Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb" - DEPUTA

"Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb" - DEPUTA"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçidini ifadə etməklə yanaşı həm də innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi məqsədi ilə vençur maliyyələşdirilməsi, kraudfandinq və "mələk investorlar" institutunun hüquqi bazasının yaradılması, yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə "Fondlar Fondu"nun formalaşdırılması, yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, açıq məlumatların API-lər vasitəsilə biznes və startaplar üçün əlçatan edilməsi, eləcə də "Rəqəmsal Səyyah" və "Rəqəmsal İstedad" vizalarının tətbiqi və frilanserlər üçün vergi güzəştlərinin təmin olunması nəzərdə tutulur:

"Bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın yaxın illərdə texnoloji inkişafının hüquqi təməlini formalaşdıran ən əhatəli islahatlardan biridir. Qanunvericiliyə təklif edilən dəyişikliklər Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran, 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketidir. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.

Paket beş əsas istiqaməti əhatə edir:

Hüquqi aydınlığın təmin edilməsi

İlk dəfə olaraq qanunvericilikdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti anlayışları hüquqi baxımdan dəqiq müəyyən edilir.
Vençur kapitalı fondlarının hüquqi statusu müəyyən edilir və kiçik və orta həcmli fondlar üçün sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılır ki, bu da innovasiya layihələrinin maliyyələşdirilməsini asanlaşdıracaq.

Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri nəzərdə tutulur. Yüksəkixtisaslı texnologiya mütəxəssisləri üçün 0 faiz gəlir vergisi tətbiq edilir.
Sosial sığorta yükünün azaldılması, SaaS və bulud xidmətləri üzrə vergi maneələrinin aradan qaldırılması, texnoloji avadanlıqların idxalının gömrük rüsumu və ƏDV-dən azad edilməsi təklif olunur.

Müasir vençur kapitalı ekosisteminin qurulması

İlk dəfə olaraq beynəlxalq praktikada geniş istifadə olunan SAFE və Convertible Note investisiya alətləri qanuniləşdirilir.
ESOP (Employee Stock Ownership Plan) mexanizmi hüquqi status qazanır və startapların yüksək ixtisaslı kadrları şirkət payı əsasında cəlb etməsinə imkan yaradır. Vençur investisiyaları üçün vergi stimulları tətbiq edilir, vençur fondlarının investisiya gəlirləri vergidən azad olunur və ayrıca kraudfandinq üzrə hüquqi mexanizm yaradılır.

Tədqiqat və innovasiyanın təşviqi

R&D (Tədqiqat və İnkişaf) xərclərinə 2,5 əmsalı tətbiq edilməklə onların vergitutulan mənfəətdən çıxılması nəzərdə tutulur.
Patentlərin, proqram təminatlarının və digər intellektual mülkiyyət obyektlərinin kommersiyalaşdırılması üçün vergi təşviqləri müəyyən edilir.
İnnovasiya fəaliyyətində uğursuz eksperimentlərin vergi baxımından əlavə risk yaratmaması üçün hüquqi mexanizmlər formalaşdırılır.

İstedadların cəlbi və bazara çıxış

İlk dəfə olaraq "Rəqəmsal səyyah" (Digital Nomad) Visa tətbiq edilir.
Texnologiya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması və beynəlxalq ödənişlərin sadələşdirilməsi nəzərdə tutulur. Dövlət satınalmalarında startaplar və innovativ məhsullar üçün xüsusi imkanlar yaradılır, pilot layihələrin həyata keçirilməsi və innovativ həllərin dövlət tərəfindən əldə olunması təşviq edilir.

Süni İntellekt

Müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası Fəaliyyət Planının əsas strateji prioritetlərindən biridir. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur".

Deputat vurğulayıb ki, artıq "mygov" platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilib:

"Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri də müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həllərinin digər dövlət qurumlarında da təkrar istifadəsini təşviq etməkdir.

Süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Milli hesablama gücünün yaradılması məqsədilə 64 qrafik prosessorun (GPU) təchizatçısının seçimi yekunlaşdırılıb və avadanlıqların ilin sonunadək quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, innovativ həllərin təhlükəsiz və çevik şəkildə tətbiqini təmin etmək məqsədilə süni intellekt üzrə "Tənzimləyici test mühiti" (Regulatory Sandbox) yaradılır. Müvafiq hüquqi akt layihəsi və əməliyyat modeli üzrə işlər artıq yekun mərhələdədir. Bu çərçivədə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi baza formalaşdırılacaq və onların dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcək. Qanunvericilik işləri ilə paralel olaraq, avtonom nəqliyyat həllərinin tətbiqi istiqamətində də araşdırmalara başlanılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 519   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr