"Əhalinin kiberrisklər barədə məlumatlandırılması məqsədilə kibergigiyena üzrə maarifləndirmə tədbirləri həyata keçirilir" - DEPUTAT

"Əhalinin kiberrisklər barədə məlumatlandırılması məqsədilə kibergigiyena üzrə maarifləndirmə tədbirləri həyata keçirilir" - DEPUTAT"Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçidlə yanaşı həm də dövlət xidmətlərinin vətəndaşa daha sürətli və daha əlçatan formada təqdim olunmasıdır".

Bunu Sonxeber.az-a danışan deputat Mahir Süleymanlı bildirib.

Deputat qeyd edib ki, rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi Fəaliyyət Planının əsas prioritetlərindən biridir:

"Artan rəqəmsallaşma və qlobal kiberhücumlar fonunda məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən müasir və dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır. Azərbaycanın rəqəmsal transformasiya siyasəti çərçivəsində kibertəhlükəsizlik sahəsində hüquqi və institusional islahatlar həyata keçirilir. Bu dəyişikliklər dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə, kritik informasiya infrastrukturunun qorunmasına və müasir kibertəhdidlərə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasına xidmət edir".

Deputat vurğulayıb ki, paket əsasən beş istiqaməti əhatə edir:

-Hüquqi bazanın təkmilləşdirilməsi

İlk dəfə olaraq qanunvericilikdə kiberdayanıqlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik kimi müasir anlayışların hüquqi əsasları müəyyən edilir.
Bu yanaşma rəqəmsal mühitdə təhlükəsizlik standartlarının formalaşdırılmasına və kiberrisklərin daha effektiv idarə olunmasına imkan yaradacaq.

-Kibertəhlükəsizlik üzrə vahid idarəetmə modelinin yaradılması

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.
Agentliyin fəaliyyəti çərçivəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi (CERT) və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək.
Yeni idarəetmə modeli kibertəhdidlərin monitorinqi, insidentlərə operativ reaksiya və rəqəmsal sübutların araşdırılması proseslərini vahid koordinasiya altında həyata keçirməyə imkan verəcək.

-Kritik informasiya infrastrukturunun qorunması

Bank, sığorta, energetika, nəqliyyat və digər ictimai əhəmiyyətli informasiya infrastrukturu subyektləri üçün yeni kibertəhlükəsizlik tələbləri müəyyən edilir. Kritik qurumlarda CERT və SOC funksiyalarının yaradılması və ya müvafiq xidmətlərin cəlb olunması nəzərdə tutulur.
Kibertəhlükəsizlik insidentləri barədə məlumatların Milli CERT-ə operativ təqdim edilməsi hüquqi öhdəlik kimi müəyyən edilir.

-Süni intellekt və qabaqlayıcı kibermüdafiə mexanizmlərinin tətbiqi

Kibertəhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir və potensial təhdidlərin qabaqcadan aşkarlanması imkanları artırılır.Dövlət qurumları, özəl sektor və digər tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən vahid milli kibertəhlükəsizlik platformasının yaradılması nəzərdə tutulur.
Dövlət informasiya sistemlərinin Hökumət Buludu (G-Cloud) platformasına mərhələli miqrasiyası davam etdirilir ki, bu da məlumatların təhlükəsizliyinin və idarəetmə səmərəliliyinin artırılmasına xidmət edir.

-Kiberdayanıqlı cəmiyyət və insan kapitalının inkişafı

Ali və peşə təhsili müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramlarının tətbiqi genişləndirilir. Əhalinin rəqəmsal savadlılığının artırılması və kiberrisklər barədə məlumatlandırılması məqsədilə kibergigiyena üzrə maarifləndirmə tədbirləri həyata keçirilir.

Ümumilikdə isə aparılan islahatların əsas hədəflərindən biri dövlət informasiya sistemlərinin dayanıqlığının artırılması, kritik infrastrukturun mühafizəsinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik göstəricilərinin yaxşılaşdırılmasıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 405   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr