"Geniş istifadəçi kütləsini birləşdirən rəqəmsal məktəb platformaları təhsil idarəçiliyində şəffaflığı təmin edir" - Deputat

"Geniş istifadəçi kütləsini birləşdirən rəqəmsal məktəb platformaları təhsil idarəçiliyində şəffaflığı təmin edir" - DeputatPrezident İlham Əliyevin "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi ilə bağlı imzaladığı Sərəncam, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Şuranın ilk iclasının keçirilməsi rəqəmsal transformasiya prosesinin dövlətin ali idarəetmə platformasında vahid koordinasiya ilə idarə olunduğunu bir daha sübut etdi".

Bunu Sonxeber.az-a açıqlamasinda Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın təhsil sisteminin bu gün tamamilə rəqəmsal infrastruktur üzərində yenidən qurulması, ölkənin bütün təhsil müəssisələrinin vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin olunması, məktəblərin texniki təchizatının yaxşılaşdırılması və kompüter təminatı mütənasibliyinin əhəmiyyətli dərəcədə optimallaşdırılması ölkəmizdə bu istiqamətdə güclü siyasi iradənin olduğunu göstərir:

"Habelə geniş istifadəçi kütləsini birləşdirən rəqəmsal məktəb platformaları təhsil idarəçiliyində şəffaflığı təmin edir və coğrafi əhatə dairəsini regionlar üzrə genişləndirir. Attestat, diplom və sertifikatların elektron formata keçirilməsi isə sənəd dövriyyəsini sürətləndirməklə, həm də saxtalaşdırma riskini sıfıra endirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında gələcəyin rəqəmsal cəmiyyətinin qurulmasında şagirdlərin müasir texnoloji vərdişlərə yiyələnməsini təmin edən milli layihələr və "STEAM" metodologiyası strateji rol oynayır. Həmçinin son illərdə ali məktəblərdə İT ixtisaslarına qəbulun bir neçə dəfə artması ölkədə güclü texnoloji elitanın formalaşdığını sübut edir. Növbəti mərhələdə isə süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə metodologiyalarının və analitik alətlərin tətbiqi texnologiyanı, sadəcə, idarəetmədə deyil, birbaşa tədris prosesinin keyfiyyətində yeni standart layihəsinə çevirəcəkdir".

Deputat vurğulayıb ki, ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Son beş il ərzində məktəblərə 235 mindən çox kompüter paylanılıb:

"Bir kompüterə düşən şagird sayı 32:1-dən 6:1-ə endirilib. Təhsil müəssisələrində internet trafiki 4,7 dəfə artaraq saniyədə 47 Gbit-ə çatdırılıb. 900 mindən çox istifadəçini əhatə edən platforma şagirdləri, müəllimləri, məktəb rəhbərliyini və valideynləri vahid mühitdə birləşdirir. Hazırda Bakıda 354 məktəbi əhatə edir; 2026-2027-ci tədris ilindən 400-dən çox region məktəbinə genişləndiriləcək.Bütün təhsil pillələri üzrə məlumatlar tam rəqəmsallaşdırılıb. Vətəndaşlara 62 elektron xidmət onlayn təqdim olunur; bunların 8-i "mygov" platformasına inteqrasiya edilib və hər il 320 mindən çox vətəndaş tərəfindən istifadə olunur.

Attestat, diplom və sertifikatların elektron formatda verilməsinə başlanılıb. Bu addım sənəd əldəetməni sürətləndirir, kağız dövriyyəsini azaldır, saxtalaşdırma risklərini minimuma endirir və beynəlxalq yoxlamanı asanlaşdırır.Məktəblərdə "Rəqəmsal bacarıqlar" (500 min+ şagird) və "STEAM Azərbaycan" (300 min+ şagird) layihələri həyata keçirilir. 2015-2025-ci illər ərzində ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul 5 dəfə artıb. Növbəti mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulur. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 513   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarında

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr