"Uşaqlarda erkən yaşlardan sosial şəbəkələrdən asılılığın formalaşması diqqət və ünsiyyət problemlərinin yaranmasına səbəb olur" - Deputat

"Uşaqlarda erkən yaşlardan sosial şəbəkələrdən asılılığın formalaşması diqqət və ünsiyyət problemlərinin yaranmasına səbəb olur" - Deputat"16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasına dair qaydaların tətbiqi hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş addım olmaqla yanaşı həm də təhlükəsiz rəqəmsal mühitdə inkişafının təmin edilməsi kimi də qiymətləndirmək olar".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Deputat qeyd edib ki, sosial media platformaları uşaqlara geniş informasiya və ünsiyyət imkanları təqdim etsə də, erkən yaşlarda nəzarətsiz şəkildə bu platformalardan istifadə etməsi onların psixoloji sağlamlığı üçün müəyyən risklər yaradır:

"Belə ki, kibertəqib, onlayn zorakılıq, şəxsi məlumatların qanunsuz istifadəsi, yaşa uyğun olmayan məlumatlar uşaqların düzgün psixoloji inkişafına maneə ola bilər. Ən önəmlisi isə müxtəlif manipulyativ və destruktiv çağırışlar uşaqların fiziki, psixoloji və mənəvi inkişafı üçün ciddi təhlükə mənbəyidir. Bu baxımdan qanunvericiliyə edilən dəyişiklik uşaqların informasiya təhlükəsizliyinin gücləndirilməsinə, onların psixoloji sağlamlığının qorunmasına və sağlam inkişaf mühitinin təmin edilməsinə istiqamətində atılan mühüm addımdır. Uşaqlarda erkən yaşlardan sosial şəbəkələrdən asılılığın formalaşması onlarda diqqət və ünsiyyət problemlərinin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə bu gün rəqəmsal asılılıq tək uşaqları deyil yetgin insanları da real sosial münasibətlərdən uzaqlaşdırır.

Bu gün rəqəmsal asılılıq ailədaxili münasibətlərə də təsir göstərərək valideyn-övlad ünsiyyətinə mənfi təsir edir. Uşaqlara sosial şəbəkələrdən istifadəyə qoyulan məhdudiyyət valideyn nəzarətinin gücləndirilməklə yanaşı həm də gələcəyimizin olan uşaqların ailə dəyərləri əsasında formalaşmasına, onlarda təhsil, idman və digər sosial fəaliyyətlərə olan marağı daha da artıracaq. Sağlam və güclü cəmiyyətin formalaşması üçün bu addım mütləq idi. Çünki erkən yaşlarda uşaqların rəqəmsal təsirlərə məruz qalması cəmiyyətin mənəvi mühitinə və dəyərlər sisteminə də mənfi təsir göstərir".

"Deputat vurğulayıb ki, sosial şəbəkələr vasitəsilə yayılan zorakılıq, aqressiya və digər mənfi tendensiyalar uşaqların davranışına birbaşa təsir göstərir:

Bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların təhlükəsizliyinin və rifahının təmin edilməsidir. Rəqəmsal mühitdə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli inkişafı üçün təhlükəsiz şəraitin yaradılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Ona görə də 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılmasını uşaqların hüquqlarının müdafiəsinə və rəqəmsal risklərdən qorunmasına yönəlmiş addım kimi qiymətləndirrəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 711   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr