Yaxşı valideynlər pis uşaqlara səbəb olan səhvlər edirlər - PSİXOLOQ
Valideynlər övladları üçün ən yaxşısını etmək istəsələr də, bəzən həddindən artıq qayğı göstərərək onların müstəqil və psixoloji cəhətdən dözümlü böyüməsinə mane ola bilirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri uşağın özü yerinə yetirməli olduğu işləri valideynin etməsidir. Məsələn, bəzi valideynlər övladlarının məktəb layihələrini özləri hazırlayır ki, daha yüksək qiymət alsınlar və ya uşağın isterikasının qarşısını almaq üçün onun bütün istəklərini yerinə yetirirlər.
Amerikalı psixiatr Daniel Amen hesab edir ki, belə yanaşma uşaqların müstəqillik, məsuliyyət və problemlərin öhdəsindən gəlmək bacarığını inkişaf etdirməsinə mane olur.
Psixiatr bu fikrini qızının tərbiyəsindən nümunə ilə izah edib.
"Qızım ev tapşırığını evdə unutduqda heç kim onu məktəbə aparmırdı. Soyuq havada anasının xəbərdarlığına baxmayaraq gödəkçəsini götürmürdüsə, heç kim sonradan ona gödəkçə gətirmirdi", - o bildirib.
Uşağın hər problemini həll etmək düzgün deyil
Mütəxəssis valideynlərə uşaq "darıxıram" dedikdə də onu dərhal əyləndirməyə çalışmamağı tövsiyə edir. Onun fikrincə, uşağın vəziyyətdən özü çıxış yolu axtarması problem həll etmə bacarığını və psixoloji dayanıqlığını formalaşdırır.
"Əgər övladlarınız üçün həddindən artıq çox iş görürsünüzsə, özünüzü daha yaxşı hiss etsəniz də, onların özünəinamını zəiflədirsiniz. İnsanlar problemləri həll etdikcə psixoloji dözümlülük qazanırlar", - Amen bildirib.
Sərt tərbiyə də çıxış yolu deyil
Məqalədə vurğulanır ki, psixoloji dayanıqlılıq yaratmaq uşaqlara qarşı sərt davranmaq demək deyil. Barnard Kollecinin uşaq psixoloqu Tova Klyayın bildirib ki, həddindən artıq sərt cəzalar uşaqların çətinliklərin öhdəsindən gəlməsinə kömək etmir. Eyni zamanda onları bütün uğursuzluqlardan qorumaq da düzgün yanaşma hesab olunmur. Onun fikrincə, valideynlər uşaqlara səhv etmək və uğursuzluq yaşamaq imkanı verməli, eyni zamanda sevgilərini və dəstəklərini hiss etdirməlidirlər.
"İnanıram ki, sən bu çətin vəziyyətin öhdəsindən gələcəksən. Nəticə necə olursa-olsun, qalib gəlsən də, uduzsan da, mən sənin yanındayam", - psixoloq izah edib.
Məsuliyyət hissi uşaqlıqdan formalaşır
Məqalədə qeyd olunur ki, uşaqları ev işlərinə cəlb etmək, dostlarına və sinif yoldaşlarına kömək etməyə təşviq etmək onların özünəinamını və məsuliyyət hissini gücləndirir. Bunu American Psychological Association da dəstəkləyir. Təşkilatın mütəxəssisləri hesab edirlər ki, yaşa uyğun məsuliyyət daşıyan uşaqlar gələcəkdə həyatın çətinlikləri ilə daha rahat mübarizə aparırlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 470 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrŞəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrXəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabr