Uşaq pulu yenidən bərpa ediləcəkmi? - AÇIQLAMA
Bu gün insanların ən çox müzakirə etdiyi məsələ uşaq pulunun nə zaman yenidən bərpa ediləcəyidir. Bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə olunub və hətta bəzi deputatlar uşaq pulunun bərpası ilə bağlı öz təkliflərini mediada səsləndiriblər. Ümumiyyətlə yaxın vaxtlarda uşaq pulu yenidən bərpa ediləcəkmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub və həmkarları bununla bağlı fikirlər irəli sürüblər:
"Bu məsələ qərar vermək bizim öhdəliyimizdə deyil. Bununla bağlı müvafiq dövlət orqanları hesablamalar aparmalı və mümkün variantları araşdırmalıdır. Əlbəttə hər birimiz istərdik ki, uşaq pulu yenidən bərpa olunsun. Bilirsiniz ki, bu gün aztəminatlı ailələr sosial yardım alırlar. Məlumat üçün qeyd etmək istəyirəm ki, hazırda ölkədə 10-dan çox sosial müavinət növü var. Onların hər biri də məhz uşaqların sosial müdafiəsinə yönəlib. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.
Eləcə də Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd etdiyim bu müavinətlər mütəmadi olaraq artırılır".
Deputat vurğulayıb ki, uşaqlar üçün verilən müavinətin bərpası hələlik gündəmdə deyil:
"Bilirsiniz ki, Azərbaycanda 2000-ci illərin əvvəllərində "uşaq pulu" şəklində verilməsi həyata keçirilirdi. Lakin sonradan uşağı olmayan ailələrin, eləcə də aztəminatlı ailələrin də sosial müdafiəsini də dövlət öz üzərinə götürməsi, onlara da müavinətlər verilməsi təklif olundu. Ona görə də dövlət tərəfindən ünvanlı sosial yardım prinsipinə üstünlük verildi. Qaldı ki, uşaq pulunun bərpası məsələsinə düşünürəm bu məsələ ilə müvafiq orqanlar tərəfindən mümkün variantlar araşdırıla bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8365 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrNoyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir
30 oktyabrNatiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabrMaaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr
31 oktyabr