"Bu gün Azərbaycanla ABŞ arasındakı bütün sahələrdəki əməkdaşlıq yüksək səviyyədədir" - DEPUTAT

"Bu gün Azərbaycanla ABŞ arasındakı bütün sahələrdəki əməkdaşlıq yüksək səviyyədədir" - DEPUTAT"Bu gün Azərbaycan-ABŞ dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir".

Bunu Sonxeber.az-a danışan deputat Asim Mollazadə bildirib.

Deputat qeyd edib ki, son illərdə Azərbaycanla ABŞ arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:

"Bütün sahələrdə ölkələr arasında əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər mövqe bir çox ölkələr tərəfindən alqışlanır. Cənubi Qafqazda sülhün təmin olunması Tramp administrasiyasının xüsusi diqqət mərkəzindədir. Ötən ilin avqustunda imzalanan Vaşinqton razılaşması bunu bir daha sübut edir. Rəsmi Vaşinqton Azərbaycanın regionda rolunu və təşəbbüslərini yüksək dəyərləndirir. Cənab prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı Ağ Evin rəmzi açarının dövlətimizin başçısına təqdim edilməsi və "Azadlığa Dəstək Aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi iki ölkə arasında münasibətlərin bundan sonra da yüksək səviyyədə olacağından xəbər verir. Hazırda Azərbaycanın gözləntisi ABŞ Konqresinin ədalətsiz 907-ci düzəlişi tamamilə aradan qaldırması ilə əlaqədardır. Bilirsiniz ki, 1992-ci ilin oktyabrında qəbul edilən 907-ci düzəliş guya Azərbaycanın Ermənistanı blokadaya salmasına görə idi. Ancaq həmin dövrdə Ermənistan deyil, bu ölkənin yürütdüyü işğal siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada altına düşmüşdü. Ümid edirik ki, sülh müqaviləsi imzalandıqdan sonra bu düzəliş tamamilə aradan qaldırılacaqdır".

Deputat vurğulayıb ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər qarşılıqlı maraqlar və təhlükəsizlik təməlində inkişaf edir:

"İki ölkə arasında əlaqələr enerji təhlükəsizliyi və regional sabitlik başda olmaqla bir çox istiqamət üzrə fəal genişləndirilir. Bu istiqamətdə Amerika Birləşmiş Ştatlar və Prezident Donald Trampın regionumuzda sülhün və sabitliyin dəstəklənməsindəki rolunu xüsusi qeyd etmək lazımdır. Çünki Vaşinqtonda sülh sazişinin paraflanması və üçtərəfli Birgə Bəyannamənin imzalanmasının regionda sülh və sabitliyin bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan imünasibətlər uğurla inkişaf edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 423   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr