"Rusiya tərəfi təqdim olunan notaya ciddi yanaşmalı və obyektiv araşdırma aparmalıdır" - Bəhruz Quliyev

"Rusiya tərəfi təqdim olunan notaya ciddi yanaşmalı və obyektiv araşdırma aparmalıdır" - Bəhruz Quliyev"Azərbaycanın Rusiya Federasiyasının ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq nota təqdim etməsi dövlətlərarası münasibətlərdə ciddi diplomatik addımdır və rəsmi Bakının baş verən hadisələrə prinsipial yanaşmasının göstəricisidir. Əgər Ukrayna ərazisində SOCAR-a məxsus mülki enerji obyektləri ardıcıl şəkildə zərbələrə məruz qalırsa və bu hallar təkrarlanırsa, Azərbaycan tərəfinin bununla bağlı izahat tələb etməsi tamamilə beynəlxalq hüquqa və diplomatik praktikaya uyğundur.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, söhbət yalnız iqtisadi maraqlardan deyil, Azərbaycanın dövlət və milli maraqlarından gedir. SOCAR Azərbaycanın strateji şirkətidir və onun xaricdəki obyektlərinə qarşı hər hansı hücum ölkəmizin iqtisadi maraqlarına birbaşa təsir göstərir. Eyni zamanda Kiyevdəki səfirliyimizin və Xarkovdakı fəxri konsulluğumuzun zərər görməsi diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarını gündəmə gətirir."

Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Azərbaycan indiyədək Rusiya-Ukrayna müharibəsində balanslaşdırılmış və beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirib:

"Buna baxmayaraq, Azərbaycanın mülki obyektləri və diplomatik nümayəndəlikləri zərər görürsə, rəsmi Bakının buna etiraz etməsi təbii və zəruridir. Bu, emosional deyil, hüquqi və siyasi baxımdan əsaslandırılmış mövqedir".

"Hesab edirəm ki, Rusiya tərəfinin təqdim olunan nota ciddi yanaşması, obyektiv araşdırma aparması və Azərbaycanın qaldırdığı məsələlərə aydın izahat verməsi iki ölkə arasında münasibətlərdə etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əks halda, bu cür hadisələrin təkrarlanması münasibətlərdə əlavə gərginlik yarada və qarşılıqlı etimada mənfi təsir göstərə bilər.

Azərbaycan hər zaman qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olub. Məhz buna görə də rəsmi Bakının diplomatik kanallar vasitəsilə öz etirazını ifadə etməsi həm dövlət məsuliyyətinin, həm də milli maraqların qətiyyətlə müdafiəsinin nümunəsi kimi qiymətləndirilməlidir."- deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 643   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr