Bu ilin sonuna qədər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi?

Bu ilin sonuna qədər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi?Bu gün müzakirə edilən əsas məsələlərdən biri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin nə zaman imzalanacağıdır. Bəzi ekspertlər bu ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalının yüksək olduğunu qeyd edirlər. Həqiqətən bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişənin sonlandırılması istiqamətində 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, dünya diplomatiyasının mühüm nailiyyətlərindən biridir:

"Bu müqavilənin əldə olunmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin atdığı möhkəm siyasi əsaslar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və qlobal nüfuzu həlledici rol oynamışdır

Prezident İlham Əliyevin müdrik addımları sayəsində Azərbaycan öz siyasi və iqtisadi mövqeyini gücləndirərək, regionda lider ölkəyə çevrilib. 44 günlük Vətən mümüharibəsi və 1 günlük anti-terror əməliyyatı ölkəmizin gücünü bütün dünyaya sübut etdi. Ən önəmlisi isə bu hərbi uğurlar İlham Əliyevin müdrik və çevik diplomatik fəaliyyəti müxtəlif beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsi layiqincə dinlənilmiş və dəstəklənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin etmiş, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail olmuşdur. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını işarələyir.

Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır.

8 avqust 2025-ci ildə imzalanmış müqavilə Azərbaycan üçün həm tarixi ədalətin bərpası, həm də regionda sülhün və əməkdaşlığın təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu nailiyyət Ümumilli Lider Heydər Əliyevin siyasi irsinin davamı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu müqavilə Azərbaycan xalqının həm milli birlik və həm də dünya birliyi qarşısındakı məsuliyyətini bir daha təsdiqləyir. Regionun sabitliyi və inkişafı üçün önəmli addım olan bu sülh müqaviləsi, Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh, dostluq və əməkdaşlıq şəraitinin əsasını qoyur".

Deputat vurğulayıb ki, sülh sazişinin mətni üzrə danışıqlar əsasən yekunlaşıb:

"2026-cı ildə sülh müqaviləsinin imzalanması ehtimalı əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Çünki Sülh sazişinin mətninin böyük hissəsi üzrə tərəflər arasında razılığın əldə olunub. Azərbaycan və Ermənistan arasında birbaşa dialoq davam edir. Bu gün regionda sabitliyin bərqərar olunması həm tərəflərin, həm də beynəlxalq tərəfdaşların marağındadır. Amma sülh sazişinin imzalanması üçün əsas maneələr hələ də qalır. Həmin maneələr Ermənistanın Konstitusiyası ilə bağlı Azərbaycanın qaldırdığı məsələ, sərhədlərin tam delimitasiya və demarkasiyasının başa çatdırılması və ən önəmlisi tərəflər arasında qarşılıqlı etimadın hələ tam formalaşmamasıdır. Səbəb də Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməyidi".

Deputat söyləyib ki, sülh müqaviləsi imzalanması Azərbaycan, Ermənistan və region üçün bir sıra mühüm müsbət nəticələr vəd edir:

"Belə ki, sərhəddə sabitliyin artması hərbi gərginliyin azalmasına və sərhədyanı ərazilərdə təhlükəsizliyin güclənməsinə kömək edə bilər. Nəqliyyat və ticarət imkanları genişlənəcək. Regionda yeni nəqliyyat marşrutlarının açılması və iqtisadi əlaqələrin inkişafı mümkün ola bilər.İnvestisiya mühiti yaxşılaşacaq. Sabitlik xarici və yerli investorların marağını artıra bilər, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf layihələrinə müsbət təsir göstərəcək. Ən önəmlisi isə regional əməkdaşlığı gücləndirəcək. Sülh Cənubi Qafqaz ölkələri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Əlbəttə ki, sülh müqaviləsinin imzalanması bütün problemlərin dərhal həll olunacağı anlamına gəlmir. Razılaşmaların icrası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sərhəd məsələlərinin praktik həlli zaman tələb edə bilər.Bu səbəbdən, sülh müqaviləsi əhəmiyyətli bir mərhələ olsa da, uzunmüddətli sabitlik onun effektiv şəkildə həyata keçirilməsindən asılı olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 565   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr