Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI

Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADIBir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev də yer alıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətini İrana aparan təyyarədən düşən şəxslər arasında Naxçıvan MR-nın Baş naziri Cabbar Musayev də olub. Lakin o, vida mərasiminin rəsmi hissəsində və protokolda görünməyib. Bu da bir sıra müzakirələrə səbəb olub. Cabbar Musayevin hansı səbəbdən protokolda yer almaması isə məlum olmayıb.

Manset.az məsələnin ciddiliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevlə əlaqəyə keçə bilib. O, açıqlamasında protokolda yer almamasının texniki səbəblərdən baş verdiyini bildirib:

"Mənim həmin protokolda iştirak etməməyim texniki səbəblərlə bağlı idi. Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi. Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün sıxlıq var idi. Avtomobillər də hissə-hissə buraxılırdı. Burada hansısa siyasi məsələ yoxdur, problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim", - deyə Baş nazir bildirib.
Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADINaxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADINaxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 569   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr