"Sosial şəbəkələrdən çox istifadə uşaqlarda fiziki, psixoloji və sosial problemlərə səbəb olur" - Sosioloq
"Sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda bir sıra fiziki, psixoloji və sosial problemlərə səbəb olur. Ona görə də 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması qərarını alqışlayıram".
Bunu Sonxeber.az-a danışsan sosioloq Nəzrin Əhmədzadə bildirib.
Sosioloq bildirib ki, sosial şəbəkələrdən həddindən artıq çox istifadə uşaqlarda diqqətin yayınması və öyrənmə kimi problemləri ortaya çıxarır. Yeni uşaqda dərsə maraq azalır, diqqəti uzun müddət cəmləmək çətinləşir. Digər problem isə yuxu pozuntularıdır. Gec saatlara qədər telefondan istifadə yuxu keyfiyyətini pisləşdirir, bu da yorğunluq və məktəbdə zəif nəticələrə səbəb ola bilər. Eləcə də sosial şəbəkələrdən çox istifadə narahatlıq, depressiya, özünəinamın azalması və stress kimi psixoloji problemlər yaradır".
Sosioloq vurğulayıb ki, sosial şəbəkələrdə uşaqların kiberzorakılığa da məruz qalması ehtimalı böyükdür:
"Uşaqlar təhqir, təhdid və ya onlayn təzyiqlə qarşılaşa bilərlər ki, bu da onların emosional vəziyyətinə mənfi təsir göstərir. Həddindən çox asılılıq sosial şəbəkələrdən uzaq qalmaqda çətinlik, digər fəaliyyətlərə marağın azalması yaradır. Sosial şəbəkələrdən çox istifadə psixoloji ilə yanaşı fiziki sağlamlığa da mənfi təsir göstərir. Uzun müddət ekrana baxmaq göz yorğunluğu, boyun və bel ağrıları, həmçinin az hərəkətlilik səbəbindən artıq çəki riskini artırır. Ən mühüm olan isə uşaqların sosial bacarıqların zəifləməsidir. Uşaqlar sosial şəbəkələrdə uzun müddət vaxt keçirməsi onlarda real ünsiyyət və dostluq münasibətlərinə ayrılan vaxtı minimuma endirir.
Ən təhlükəsli məqam isə sosial şəbəkələrdəki yaşa uyğun olmayan zorakılıq, saxta məlumatlar və ya zərərli məzmunlu informasiyalar uşaqların inkişafına mənfi təsir göstərə bilər.Bu riskləri azaltmaq üçün 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması doğru qərardır. Bu qanun uşaqların boş vaxtlarını idman, kitab oxumaq kimi alternativ fəaliyyətlərlə əvəz etməsinə kömək edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 505 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrKolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrMəktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrXəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabr