"Azərbaycan yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini günbəgün daha da möhkəmləndirir" - DEPUTAT

"Azərbaycan yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini günbəgün daha da möhkəmləndirir" - DEPUTAT"Azərbaycan yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini günbəgün daha da möhkəmləndirir".

Bunu Sonxeber.az-a danışan deputat Azər Məmmədov bildirib.

Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət sayəsində ölkəmiz yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmək də davam edir:

"Bu gün ölkə başçısının alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Azərbaycan son illərdə yaşıl enerji sahəsində mühüm addımlar ataraq həm ölkənin enerji təhlükəsizliyinə, həm də qlobal iqlim hədəflərinə töhfə verir. Belə ki, günəş, külək, su və bioenerji kimi bərpa olunan enerji mənbələrinin inkişafına böyük investisiyalar yatırılır.İşğaldan azad olunmuş ərazilərin "Yaşıl Enerji Zonası" elan edilməsi ilə həmin ərazilərdə günəş, külək və su elektrik stansiyalarının tikintisi həyata keçirilir. Xəzər dənizinin zəngin külək enerjisi potensialından istifadə etməklə böyük həcmli enerji layihələri hazırlanır və gələcəkdə Avropaya yaşıl elektrik ixracı hədəflənir. Azərbaycan istixana qazı emissiyalarının azaldılması və enerji istehsalında bərpa olunan mənbələrin payının artırılması istiqamətində beynəlxalq öhdəliklər götürüb.Ən önəmlisi isə COP29-a kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın yaşıl enerji və iqlim siyasətində beynəlxalq rolunu daha da gücləndirdi. Sadaladığım bu tədbirlər Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, ekoloji mühitin qorunmasına və gələcək nəsillər üçün dayanıqlı enerji sisteminin qurulmasına xidmət edir".

Deputat vurğulayıb ki, Bakıda keçirilən "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq Sazişi" çərçivəsində keçirilən 12-ci Nazirlər Görüşü Azərbaycanın yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu görüşün məqsədi Xəzər dənizinin bərpa olunan enerji potensialından, xüsusilə dəniz külək enerjisindən birgə istifadə imkanlarını müzakirə etmək, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirmək, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icra vəziyyətini qiymətləndirmək və növbəti mərhələləri müəyyənləşdirməkdir. "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq Sazişi" çərçivəsində keçirilən 12-ci Nazirlər Görüşü Azərbaycanın istehsal edəcəyi yaşıl enerjinin Avropa bazarlarına ixracını sürətləndirəməsində, regional enerji təhlükəsizliyini möhkəmləndirmək və təmiz enerji keçidini dəstəkləmək də öz töhfəsini verəcəkdir.

Ümumiyyətlə bu cür mühüm görüşlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın yaşıl enerji sahəsində regional lider mövqeyini gücləndirməsinə, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinə və ölkənin bərpa olunan enerji potensialının beynəlxalq bazarlara çıxarılmasına yeni imkanlar yaradacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 510   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr