Azərbaycanda pensiya yaşı yeniden artırılması gözlənilirmi? - AÇIQLAMA

Azərbaycanda pensiya yaşı yeniden artırılması gözlənilirmi? - AÇIQLAMAAzərbaycanda pensiya yaşının artırılması mərhələli şəkildə həyata keçirilib və hazırda bu proses başa çatıb. Kişilər üçün yaş həddi 65 olaraq müəyyən edilmişdir. Qadınların pensiya yaşı isə 2017-ci ildən mərhələli şəkildə hər il 6 ay artırılaraq 1 iyul 2026-cı il tarixindən 65 yaşa çatdırılmış və kişilərlə bərabərləşdirilmişdir.Hazırda kişilər və qadınlar üçün vahid pensiya yaşı 65-dir. Əlbəttə ki, pensiya almaq üçün təkcə yaş həddinə çatmaq kifayət etmir. Qanunvericiliyə əsasən, şəxsin fərdi hesabında kifayət qədər pensiya kapitalı olmalı və ya ən azı 25 il sığorta stajı olmalıdır. Bu gün pensiya yaşı ilə məsələyə hər kəsdə eyni deyil. Belə ki, bir qurup şəxs pensiya yaşının endirilməsini, digər qism isə qaldırılmasını istəyir. Azərbaycanda pensiya yaşının artırılması gözlənilirmi?

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, pensiya yaşının 65 yaşdan da yuxarı qaldırılması ilə bağlı məsələ müzakirə edilmir:

"Düzdür, son illərdə pensiya yaşının artırılması və ya azaldılması ilə barədə müxtəlif müzakirələr aparılsa da, qanunvericilikdə bu istiqamətdə yeni dəyişiklik qəbul edilməyib. Hazırda hər cins üçün vahid pensiya yaşı 65-dir. Bilirsiniz ki, bu məsələyə yanaşma hər kəsdə eyni deyil. Bəziləri düşünür ki, pensiya yaşının artırılması Dövlət Pensiya Fondunun maliyyə dayanıqlılığı güclənir. Çünki insanlar daha uzun müddət işləyərək sosial sığorta haqqı ödəyirlər. İş təcrübəsi və peşəkar biliklər əmək bazarında daha uzun müddət saxlanılır. Orta ömür uzunluğunun artması fonunda pensiya sisteminin davamlılığı təmin olunur. Ən önəmlisi isə pensiyaya daha gec çıxan şəxslərin pensiya kapitalı artdığı üçün bəzi hallarda daha yüksək pensiya almaq imkanı yaranır. Amma bir qrup şəxs isə pensiya yaşının endirilməsini istəyir. Çünki ağır fiziki əmək tələb edən peşələrdə çalışanlar üçün 65 yaşa qədər işləmək çətindir. Yaşlı işçilərin əmək bazarında qalması gənclərin işə qəbul imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Səhhətində problem olan şəxslər pensiya yaşına çatana qədər işləməkdə çətinlik çəkirlər. Ona görə də bu məsələyə yanaşma hər kəsdə eyni deyil.

Azərbaycanda pensiya yaşı ilə bağlı mərhələli artım prosesi artıq tamamlanıb və 2026-cı il iyulun 1-dən etibarən həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 yaşdır. Hazırda pensiya yaşının artırılması və ya endirilməsi ilə bağlı məsələ müzakirə edilmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6760   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr