AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Uzum Bank" ilə birlikdə Özbəkistandan olan sərnişinlər üçün onlayn ödəniş imkanlarını genişləndirib.
Bu barədə Sonxeber.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, artıq aviaşirkətin rəsmi internet səhifəsində aviabiletləri "Uzum Bank"ın təhlükəsiz ödəniş infrastrukturu vasitəsilə "HUMO" və "Uzcard" milli ödəniş kartları ilə əldə etmək mümkündür.
Yeni həll Azərbaycan və Özbəkistan arasında, eləcə də aviaşirkətin marşrut şəbəkəsinə daxil olan digər istiqamətlər üzrə səyahət edən sərnişinlər üçün aviaşirkətin rəqəmsal xidmətlərinin rahatlığı və əlçatanlığının inkişafına yönəlib.
Özbəkistan Azərbaycan Hava Yolları üçün Mərkəzi Asiyanın ən dinamik inkişaf edən bazarlarından biri olaraq qalır. Hazırda aviaşirkət Bakı ilə Daşkənd arasında həftədə 7 reys, Bakı ilə Səmərqənd arasında isə ötən ilin aprel ayından etibarən həftədə 2 reys həyata keçirir.Bu da iki ölkə arasında sərnişin axınının davamlı artımına töhfə verir. Son altı ay ərzində Bakı - Daşkənd - Bakı və Bakı - Səmərqənd - Bakı marşrutları üzrə sərnişinlərin sayı müvafiq olaraq 58 % və 174 % artıb ki, bu da Azərbaycan və Özbəkistan arasında işgüzar, turizm və mədəni səfərlərə marağın yüksəldiyini göstərir.
"Biz marşrut seçimindən bilet alışınadək səyahətin hər mərhələsini sərnişinlərimiz üçün mümkün qədər rahat etməyə çalışırıq. Özbəkistandan olan sərnişinlər üçün ödəniş imkanlarının genişləndirilməsi rəqəmsal xidmətlərimizin inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Müasir maliyyə texnologiyalarının inteqrasiyası əməliyyatların yüksək təhlükəsizliyini təmin etməklə yanaşı, bronlaşdırma prosesini istifadəçilər üçün daha rahat edir", - AZAL-ın kommersiya üzrə baş direktoru (CCO) Cəmil Mənizadə bildirib.
"İki ölkənin sakinləri arasında qarşılıqlı marağın davamlı artdığını müşahidə edirik. Hazırda Bakı ilə Daşkənd arasında Azərbaycan Hava Yolları tərəfindən həftədə 7-yə qədər müntəzəm reys həyata keçirilir, hər iki ölkədə beynəlxalq sərnişin axını isə hər il artmaqda davam edir. "Fintech" platforması olaraq bizim vəzifəmiz bu artan mobilliyi rahat rəqəmsal və maliyyə alətləri ilə dəstəkləməkdir", - "Uzum FinTech"in baş icraçı direktoru Roman Lavrentyev qeyd edib.
Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərə səyahətlərin planlaşdırılması və aviabiletlərin alınması üçün müasir, təhlükəsiz və rahat həllər təqdim etməklə rəqəmsal xidmətlərini ardıcıl şəkildə inkişaf etdirməyə davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 402 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrKolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrMəktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30 oktyabrXəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabr