"Boşanmış ailələrdə böyüyən uşaqlarda tərk edilmə və günahkarlıq qorxusu yüksək olur" - SOSİOLOQ

"Boşanmış ailələrdə böyüyən uşaqlarda tərk edilmə və günahkarlıq qorxusu yüksək olur" - SOSİOLOQ"Boşanma, uşaqlar üçün çətin və stresli bir prosesdir. Bu proses hər bir uşaqda fərqli travmalara səbəb olur".

Bunu Sonxeber.az-a danışan sosioloq Nəzrin Əhmədzadə bildirib.

Sosioloq qeyd edib ki, boşanmış ailələrdə böyüyən uşaqlar müxtəlif çətinliklərlə üzləşə bilərlər, lakin onların gələcək inkişafı valideynlərin münasibətindən və aldıqları dəstəkdən çox asılıdır:

Hər iki tərəf ayrılma barədə qərar verəndə o ailədə böyüyən uşaqların boşanma prosesində alacaqları travmanı minimuma endirmək üçün çalışmalıdır. Boşanmış ailələrdə böyüyən uşaqlarda narahatlıq, özünəinamın azalması, tərk edilmə hissi və stress daha yüksək olur. Eləcə də həmin uşaqlarda davranış problemləri, aqressivlik, qapanıqlıq, itaətsizlik və ya diqqət pozuntuları olması gözləniləndir. Çox vaxt görürsən ki, boşanma prosesində uşaqların dərs nailiyyətləri aşağı düşür və məktəbə maraq azalır Ən önəmlisi isə dostlarla və ya gələcəkdə ailə qurarkən etibarlı münasibətlər qurmaqda çətinlik çəkirlər.

Bəzən də boşanmadan sonra ailənin gəlirinin azalması uşağın yaşayış və təhsil şəraitinə təsir edə bilər.Bununla yanaşı, valideynlər arasında qarşılıqlı hörmət, uşağın hər iki valideynlə əlaqəsinin qorunması və ona sevgi, diqqət göstərilməsi bu mənfi təsirləri əhəmiyyətli dərəcədə azalda bilər. Hətta yüksək münaqişəli ailədə yaşamaqdansa, sakit və təhlükəsiz mühitdə böyümək uşağın inkişafı üçün daha əlverişli ola bilər".

Sosioloq vurğulayıb ki, boşanmış ailələrdə böyüyən uşaqların yaşadığı travma hər uşaqda eyni olmur. Travmanın dərəcəsi valideynlərin münasibətindən, uşağın yaşından və boşanma prosesinin necə keçməsindən asılıdır:

"Boşanmış ailələrdə böyüyən uşaqlarda tərk edilmə və günahkarlıq qorxusu yüksək olur. Bəzi uşaqlar valideynlərinin boşanmasına özlərinin səbəb olduğunu düşünürlər. Təəssüf ki, bu da onlarda özünə inamın azalmasına, dəyərsiz hissinin çoxalmasına və gələcəyə inamını itirməsinə səbəb olur. Lakin qeyd etmək vacibdir ki, boşanmanın özü hər zaman travma yaratmır. Əgər valideynlər uşağı münaqişələrdən uzaq saxlayır, hər ikisi onunla isti münasibəti qoruyur və uşağa emosional dəstək verirlərsə, mənfi təsirlər xeyli azalır. Ən ağır psixoloji təsir adətən boşanmanın özündən deyil, valideynlər arasında uzunmüddətli münaqişə, zorakılıq və ya uşağın bu münaqişələrə cəlb olunmasından qaynaqlanır".

Sosioloq boşanmış ailələrdə böyüyən uşaqları psixoloji travmadan qorumaq üçün valideynlər uşağın yanında mübahisə və qarşıdurmadan çəkinməlidirlər:

"Uşağa boşanmanın onun günahı olmadığı aydın şəkildə izah edilməlidir. Hər iki valideyn imkan daxilində uşaqla müntəzəm və sevgi dolu münasibəti davam etdirməlidir.Uşağın fikirləri və hissləri dinlənilməli, ona özünü ifadə etmək imkanı verilməlidir. Məktəb və gündəlik həyatında sabitlik qorunmalıdır. Digər valideyn haqqında uşağın yanında təhqiredici və ya mənfi fikirlər söylənilməməlidir.Uşaqda uzunmüddətli narahatlıq, depressiya, aqressivlik və ya davranış problemləri müşahidə olunarsa, uşaq psixoloqundan dəstək almaq Bütün bu sadaladıqlarım uşağın təhlükəsiz, sevgi dolu və sabit mühitdə böyüməsi boşanmanın mənfi təsirlərini əhəmiyyətli dərəcədə azalda və onun sağlam psixoloji inkişafına kömək edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 705   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr