"Narkotik vasitələr insanın həm fiziki, həm psixoloji, həm də sosial həyatına ciddi zərər vurur" - Psixoloq
"Narkotik vasitələrdən istifadə insan orqanizmində geridönməz dağıdıcı dəyişikliklər yaradır, ciddi psixoloji və sosial fəsadlara gətirib çıxarır. Bu maddələr mərkəzi sinir sistemini məhv edir, daxili orqanları zədələyir, ağır xəstəliklərə səbəb olur və yüksək dozadan zəhərlənmə nəticəsində qəfil ölümlə nəticələnə bilər".
Bunu Sonxeber.az-a danışan psixoloq Leyla Alışova bildirib.
Psixoloq qeyd edib ki, narkotik vasitələr insanın həm fiziki, həm psixoloji, həm də sosial həyatına ciddi zərər vurur:
"Narkotik vasitələrindən istifadə beyin fəaliyyətini pozur, yaddaşı və diqqəti zəiflədir. Ürək-damar xəstəlikləri, yüksək təzyiq və infarkt riskini artırır. Qaraciyər, böyrək və ağciyərlərə ziyan vurur. İmmunitet sistemini zəiflədir, orqanizmi xəstəliklərə qarşı həssas edir. Ən önəmlisi isə oza həddinin aşılması ölümə səbəb ola bilər. Narkotik vasitələri insan psixologiyasına da mənfi təsir göstərir. Belə ki, narkotik vasitələr asılılıq yaradır və ondan qurtulmaq çətin olur. İnsanda depressiya, narahatlıq, aqressiya və yuxu pozuntularına səbəb olur. Hallüsinasiyalar və psixi xəstəliklərin yaranma riskini artırır".
Psixoloq narkotik vasitələrindən istifadə sosial həyata da mənfi təsir göstərdiyini vurğulayıb:
"Təhsil və iş həyatında uğursuzluqlara gətirib çıxarır. Ailə münasibətlərini pozur, münaqişələri artırır.Cinayət və zorakılıq riskini yüksəldir. Maddi çətinliklər və borclanma yaradır.Pis vərdişlərə və riskli davranışlara meyli artırır. Gələcək karyera və həyat imkanlarını məhdudlaşdırır.Narkotik vasitələrdən uzaq durmaq sağlam həyatın, təhlükəsiz gələcəyin və cəmiyyətin rifahının əsas şərtlərindən biridir. Asılılığı olan şəxslərin isə vaxtında həkim və psixoloq dəstəyi alması sağalma şansını əhəmiyyətli dərəcədə artırır".
"Narkotik asılılığı olan şəxslərə cəzalandırıcı deyil, müalicə və reabilitasiya yönümlü yanaşmaq daha effektiv hesab olunur.
Onlara göstərilə biləcək əsas dəstəklər bunlardır:
-Tibbi müalicə - Həkim nəzarəti altında detoksifikasiya və zəruri hallarda dərman müalicəsi.
-Psixoloji dəstək - Fərdi və qrup terapiyaları, psixoloq və psixoterapevtlə müntəzəm görüşlər.
-Reabilitasiya proqramları - Asılılıqdan uzaq qalmaq və sağlam həyat tərzinə qayıtmaq üçün xüsusi mərkəzlərdə uzunmüddətli dəstək.
-Ailə dəstəyi - Ailə üzvlərinin anlayışlı və motivasiyaedici münasibəti sağalma prosesində mühüm rol oynayır.
-Sosial reinteqrasiya - Təhsil, peşə hazırlığı və iş imkanlarının yaradılması şəxsin cəmiyyətə yenidən uyğunlaşmasına kömək edir.
-Təkrar istifadənin qarşısının alınması - Dəstək qrupları, müntəzəm nəzarət və psixoloji müşahidə ilə yenidən narkotik istifadəsi riskinin azaldılması.
Narkotik asılılığı müalicə oluna bilən xroniki bir xəstəlikdir. Vaxtında göstərilən peşəkar tibbi, psixoloji və sosial dəstək insanın sağlam həyata qayıtması və cəmiyyətə yenidən inteqrasiyası üçün böyük əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...