"Yaşıl enerji layihələri qeyri-neft sektorunun gücləndirilməsi və minlərlə yeni iş yerinin yaradılmasında mühüm əhəmiyyət daşıyır" - Bəhruz

"Yaşıl enerji layihələri qeyri-neft sektorunun gücləndirilməsi və minlərlə yeni iş yerinin yaradılmasında mühüm əhəmiyyət daşıyır" - Bəhruz"Azərbaycan son illərdə yaşıl enerji sahəsində həyata keçirdiyi ardıcıl siyasətlə təkcə enerji sektorunda deyil, bütövlükdə milli iqtisadiyyatın inkişafında yeni mərhələnin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji siyasəti ölkəmizin ənənəvi karbohidrogen ixracatçısı statusunu qorumaqla yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib.

Yaşıl enerji layihələrinin genişlənməsi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, yeni investisiyaların cəlb olunması və minlərlə yeni iş yerinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi həmin ərazilərin müasir texnologiyalar əsasında bərpasına, ekoloji tarazlığın qorunmasına və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir".

Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın külək və günəş enerjisi sahəsində beynəlxalq şirkətlərlə həyata keçirdiyi iri layihələr ölkəmizin enerji ixracı imkanlarını daha da genişləndirir. Bu isə daxili tələbatın bərpa olunan enerji hesabına ödənilməsi nəticəsində təbii qazın daha böyük həcmdə xarici bazarlara yönəldilməsinə şərait yaradır. Beləliklə, dövlət büdcəsinə əlavə valyuta daxilolmaları təmin olunur və iqtisadi dayanıqlıq möhkəmlənir.

Digər mühüm məqam isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun yeni məzmun qazanmasıdır. Əgər indiyədək ölkəmiz əsasən neft və təbii qaz ixracı ilə tanınırdısa, artıq yaşıl elektrik enerjisinin ixracı istiqamətində həyata keçirilən layihələr Azərbaycanı regionun strateji enerji mərkəzi kimi daha da gücləndirir.

Yaşıl enerji sahəsinə qoyulan investisiyalar yalnız bugünkü iqtisadi nəticələrə hesablanmayıb. Bu, gələcək nəsillərin rifahına, ətraf mühitin qorunmasına, innovativ texnologiyaların tətbiqinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına xidmət edən uzunmüddətli strateji yanaşmadır.

"Bütün bunlar göstərir ki, Azərbaycanın yaşıl enerji siyasəti təkcə ekoloji təşəbbüs deyil, həm də milli iqtisadi inkişafın, enerji təhlükəsizliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edən uğurlu dövlət strategiyasıdır. Bu strategiya ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə çatmasına və Cənubi Qafqazda yaşıl enerji üzrə aparıcı dövlət mövqeyini daha da gücləndirməsinə ciddi töhfə verir."-deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 430   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr