"İsrailin ölkəmizə göstərdiyi etimad Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti sübutdur"- Deputat
Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti və diplomatiyası beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan çoxvektorlu strategiyadır. Ölkə olaraq sərt bloklardan kənar dayanaraq, qonşu dövlətlər və beynəlxalq tərəfdaşlarla dostluq və qarşılıqlı etimad üzərində etibarlı əməkdaşlıq qururuq. Siyasət yalnız regional müstəqilliklə məhdudlaşmır, Şərqə və Asiyaya doğru qardaşlıq münasibətlərinin möhkəmləndirilməsini və müxtəlif qlobal güclərlə strateji tərəfdaşlığın inkişafını hədəfləyir.
Ölkənin yürütdüyü enerji diplomatiyası təkcə milli iqtisadi inkişafa xidmət etmir, həm də beynəlxalq arenada Azərbaycanı etibarlı tərəfdaş kimi tanıdır. Azərbaycanın xarici siyasəti milli maraqlar, çoxvektorlu diplomatiya kontekstində sülh və təhlükəsizlik, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin bərqərar olması dayanır.
Azərbaycan bütün ölkələrlə münasibətləri qarşılıqlı etimad və dostluq üzərində qurması onun beynəlxalq nüfuzunu daha da artırır. Eləcə də İsrailə. Bu gün Azərbaycan və İsrail arasında uğurlu siyasi və iqtisadi əməkdaşlıq əlaqələri, eləcə də strateji dialoq mövcuddur. Ötən əsrin doxsanıncı illərindən bəri həyata keçirilmiş səfər mübadilələri, səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasına gətirib çıxarmışdır.
1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər isə 1992-ci ilin aprelin 7-də qurulub. Bu gün Azərbaycan-İsrail iqtisadi və ticarət əlaqələri əsasən enerji, kənd təsərrüfatı texnologiyaları, su idarəçiliyi və yüksək texnologiyalar sahələrini əhatə edir.Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Azərbaycan-İsrail münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir. İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır.
İsraildə 1915-ci il hadisələrinin 'erməni soyqırımı' kimi tanınması təşəbbüsünün gündəmə gətirilməsi təkcə tarixi məsələ deyil, həm də ciddi geosiyasi və diplomatik məzmun daşıyan bir hadisə idi. Bu proses bir daha göstərdi ki, Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən hadisələr artıq bir-birindən ayrı deyil, vahid geosiyasi kontekstdə qiymətləndirilir.
Azərbaycan bu məsələdə prinsipial, təmkinli və milli maraqlara söykənən mövqe nümayiş etdirərək dost ölkə kimi Bakı tarixi hadisələrin siyasi alətə çevrilməsinin əleyhinə olduğunu açıq şəkildə bəyan etdi və İsrail tərəfini bu qərarı yenidən nəzərdən keçirməyə çağırdı. İsrail növbəti dəfə dost dövlət olduğunu sübuta yetirərək prosesi dayandırdı. Çünki İsrail yaxşı bilir ki, "erməni soyqırımı"nın tanıması Azərbaycan-Ermənistan arasında davam eden sülh sazişinin imzalanması prosesinə mənfi təsir göstərə bilər.
İsrailin ölkəmizə göstərdiyi etimad Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti sübutdur. Cənab prezident İlham Əliyevin uzaqgörən və müdrik beynəlxalq siyasəti nəticəsində Azərbaycan regional proseslərə təsir göstərən, mövqeyi dinlənilən və nəzərə alınan mühüm siyasi aktora çevrilib.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...