Ermənistan hakimiyyəti tələbələri yerinə yetirməkdən imtina etdi

Ermənistan hakimiyyəti tələbələri yerinə yetirməkdən imtina etdi"Sosna Tser" silahlı qruplaşmasının ərzaq təminatçısı ("çörəkdaşıyan"ı) Artur Sərkisyanın dəfni martın 22-də təşkil olunacaq.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, martın 16-dan sonra İrəvanda keçirilən etiraz aksiyalarına baxmayaraq, hakimiyyət üsyançının "Yerablur" hərbi məzarlığında dəfn olunması tələbinə məhəl qoymayıb. Belə ki, "çörəkdaşıyan"ın 22 martda saat 14.00-da Şaumyan qəbristanlığında dəfn edilməsinə qərar verilib. Bununla bağlı qərarı bu gün keçirilən növbəti mitinqdə "Mülki cənazə təşəbbüsü"nün üzvü Tamara Ovannisyan elan edib.

"Hakimiyyət Sərkisyana qarşı kinini gizlədə bilmədi və onun "Yerabur" hərbi məzarlıqda dəfninə imkan vermədi. Amma çox gözləmək lazım gəlməyəcək, tezliklə Sərkisyan qəhrəmanlar məzarlığındakı yoldaşlarının yanında öz yerini Tutacaq" -deyə, Ovannisyan hakimiyyətə şifrəli xəbərdarlıq yollayıb.

Bundan əvvəl Ermənistan hakimkiyyəti etirazçıların digər tələblərinə də məhəl qoymayıb. Belə ki, İrəvan küçələrində yürüş-mitinq keçirənlər A.Sərkisyanın müəmmalı ölümünə aydınlıq gətirmək üçün nəşi üzərində ekspertizanın beynəlxalq tibb ekspertlərinin aparılmasını tələb edirdi. Rəsmilər ekspertizada Gürcüstan və Ermənistandan olan həkim briqadasının birgə iştirak edəcəyinə söz versə də, sonda bundan imtina edib.

Son məlumata görə, martın 18-də axşam radələrində meyitin üzərində yerli mütəxəssislər tərəfindən ekspertiza aparılıb, ancaq hələlik nəticə bəlli deyil. Mitinqçilərin A.Sərkisyanın qanunsuz həbsinə və ölümünə bais olan ədliyyə naziri və baş prokurorun istefaya göndərilməsi, digər cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunması tələbi də yerinə yetirilməyib. Bu mənada dəfn mərasimində qarşıdurmaların olacağı istisna edilmir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1865   Tarix: 20 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021