"Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."

"Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."Rəqs incəsənətin ən gözəl növlərindən biri olsa da, buna kobud elementlər gətirənlər də az deyil. Sosial şəbəkələrdə bu faktın tez-tez şahidi oluruq. Uşaqların, yeniyetmələrin əcaib, əndrabadi rəqs videolarını görmək mümkündür. Özlərinə rəqs müəllimi adı verib, rəqsdən anlayışları belə olmayan o şəxslər həqiqətən də uşaqların gələcəyi ilə oynayırlar. Bəlkə də bir çoxlarının heç bu sahədə diplomu belə yoxdur. Sırf instaqram və yutub reklamı üzərindən öz "akademiya"-larına uşaq qəbul edirlər. Həmin "müəllim"-lərin yetişdirdiyi uşaqları toylarda da görürük. Kaş görməz olardıq. Artıq qlobal mövzuya çevrilən rəqs mövzusunu da görməzlikdən gəlmək olmazdı. Peşəkar rəqqaslar bu məsələdə əsas günahı rəqs müəllimlərində görür.

Moderator.az-a açıqlama verən rəqqas Tahir Eynullayev bildirib ki, bu artıq ciddi məsələyə çevrilib.
"İndi hər tin başı özünə rəqqas deyən insanlar məktəb açır. Özü də rəqs məktəbi akademiyası. Təəssüflər olsun ki, bu çox yayılıb. Həmin müəllimlər sosial şəbəkələrdə də reklam xarakterli videolar çəkirlər. Etdikləri hərəkətdən, tutduqları işdən sanki fərəhlənirlər. Mən onlara müəllim, rəqqas deyə bilmərəm, çünki bunlar qeyri peşəkardırlar. Biz gərək düzgün təbliğat aparaq. Valideynlər mütləq uşağı harasa aparanda müəllimin diplomunu soruşmalıdırlar, peşəkardır yoxsa yox?! Onlar heç rəqqas vücudunda da deyillər. Bizdə olmayıb ki, otura-otura, bəzi yerlərini göstərə göstərə rəqs oynayasan. Bilmirsən xanım rəqs edir, yoxsa kişi?! Bizim xanımların xanım-xatun kimi rəqsləri olub. Qəmər Almaszadə, Əminə Dilbazi, Xumar Zülfüqarova və s. insanlar bu cür rəqslər oynamayıblar. Bu insanlar heç bilmir ki, Qəmər Almaszadə, Əminə Dilbazi kimdir?! Kişi kimi hərəkətləri qızlara, azyaşlı uşaqlara öyrədəndə nə qazanırlar? Valideynlər nə fikirləşir? Qızlar sabah nə tərbiyə alacaqlar?" deyə o bildirib.
Tahir Eynullayev bildirib ki, rəqs məktəblərinin fəaliyyətinə mütləq nəzarət edilməlidir.
"Hansısa qurum olmalıdır ki, bu hallara stop desin. O müəllimlər yaxşı pul qazanırlar, amma 3-4 hərəkətdən savayı heç nə bilmirlər. Sonra nə olacaq? O hərəkətlərlə nə qədər rəqs edəcəklər? Bu mənə görə böyük bir fəlakətdir. Ümumiyyətlə Bakıda kimsə qeyri-peşəkar müsabiqələr keçirirsə, Mədəniyyət Nazirliyinə tabe olan incəsənət məktəbləri o müsabiqələrdə iştiraka qadağa qoyur. Bu düzgün qadağadadır. Belə də olmalıdır. Rəqs mədəniyyətimizin və ruhumuzun bir parçasıdır. Əcaib elementlər bu sənətə kölgə salır" deyə rəqqas bildirib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 4522   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun