Azərbaycanın sülh doktrinası və etimad quruculuğu beynəlxalq müstəvidə dəstəklənir

Azərbaycanın sülh doktrinası və etimad quruculuğu beynəlxalq müstəvidə dəstəklənirDünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertlərin və rəsmi şəxslərin iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Forumun məhz sülhə və etimada həsr olunması təsadüfi deyil, çünki münaqişələrin artdığı çağdaş dünyamızda Azərbaycan real sülh qurucusu nümunəsi göstərən yeganə ölkə kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və onun bu sahədə irəli sürdüyü bütün təşəbbüslər dəstəklənir.

İyulun 4-8-də ATƏT Parlament Assambleyasının Haaqada keçirilmiş 33-cü İllik Sessiyasında Azərbaycanın sülh doktrinası və etimad quruculuğu konsepsiyası ilə bağlı siyasəti Assambleya tərəfindən nəzərə alındı və birmənalı olaraq dəstəkləndi. Belə ki, ATƏT PA-nın hər üç Ümumi Komitələrinin hazırladığı Qətnamə layihələrində keçmiş münaqişə və ya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesi ilə bağlı hər hansı istinad və ya müddəa yer almadı. Halbuki, bu məsələlərlə bağlı bəzi ziddiyyətli müddəalar ilkin Qətnamə layihələrinə daxil edilmişdi. Lakin cari ilin aprelin 27-də Kopenhagendə keçirilmiş ATƏT PA-nın Büro iclasında, həmçinin iclasdan əvvəl aparılan danışıqlarda Azərbaycanın mövqeyi Büro üzvlərinin və məruzəçilərin diqqətinə çatdırıldı və irəli sürdüyümüz əsaslandırılmış arqumentlər əsasında həmin istinad və müddəaların Qətnamə layihələrindən tamamilə çıxarılmasına nail olundu. Əsas arqumentimiz ondan ibarət idi ki, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyi nəticəsində ATƏT-in Minsk Qrupu rəsmən ləğv edilib, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müstəsna olaraq ikitərəfli formatda həyata keçirilir və bu format artıq konkret nəticələr verib. Belə olan halda, ATƏT PA-nın və ya hər hansı digər beynəlxalq təşkilatın bu prosesə müdaxilə etməsi üçün heç bir əsas yoxdur və doğru deyil.
Təqdirəlayiq haldır ki, bizim əsaslı arqumentlərimiz nəzərə alındı və ATƏT PA-nın Haaqa Sessiyasında Komitələrin Qətnamə layihələri olduğu kimi təsdiq edildi, yəni, Azərbaycan-Ermənistan münasibətlərinə dair hər hansı müddəa yer almadı. Həmçinin sənədlərin məzmununa da heç bir dəyişiklik irəli sürülmədi.

Bu isə onu göstərir ki, qərb institutu olaraq ATƏT PA Azərbaycan Prezidentinin irəli sürdüyü sülh doktrinasını və normallaşma prosesi ilə bağlı formalaşdırdığı institusional yanaşmanı, ikitərəfli danışıqlar formatını qəbul edir və ona hörmətlə yanaşır.

Əminəm ki, Şuşada keçirilən Qlobal Media Forumu da Azərbaycanın sülh gündəmini və dövlətimizin ardıcıl sülh siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq, həqiqətlərin obyektiv şəkildə təqdim olunmasını təmin etmək baxımından növbəti mühüm və təsirli platforma olacaq

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 408   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30 oktyabr
.

İpoteka ilə ev almaq sərfəlidirmi? Kimlər bu addımı atmamalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil sahibi olmaq istəyənlərin böyük bir qismi kifayət qədər vəsait toplaya bilmədiyi üçün ipoteka kreditlərinə üz tutur. Lakin uzunmüddətli kredit öhdəliyinə girmək hər zaman sərfəli seçim olmaya bilər. Aylıq ödənişlər, faiz dərəcələri, ilkin ödəniş və ailənin gəlir səviyyəsi ipoteka ilə ev almağı

30 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr