"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq

"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaqAzərbaycanda şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir. "Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodu fermerlərlə uzunmüddətli əməkdaşlıq modeli quraraq onlara maddi, aqrotexniki və digər dəstəklər verərək əkin sahələrinin genişləndirilməsində vacib rol oynayır
Hazırda ölkənin müxtəlif bölgələrində payızlıq şəkər çuğundurunun yığımı davam edir. Tarlalarda böyük zəhmətlə yetişdirilən məhsul müasir texnikalar vasitəsilə yığılır, xüsusi nəqliyyat vasitələri ilə operativ şəkildə İmişli Şəkər Zavoduna çatdırılır. Burada məhsul qəbul edilir, laborator analizlərdən keçirilir və müasir istehsal xətlərində emala yönləndirilir.
Azərsun Holdingin İmişli Şəkər Zavodunun direktoru Ceyhun Salmanov bildirir ki, cari mövsümdə qəbul prosesi plan üzrə uğurla davam edir.
"Payızlıq şəkər çuğundurunun qəbuluna iyun ayında başlamışıq. Zavod mövsümə tam hazırlıqlı şəkildə daxil olub. Hazırda gündəlik orta hesabla 3 min ton şəkər çuğunduru qəbul edilir. Fermerlərdən gətirilən məhsul operativ qaydada qəbul olunur, xüsusi meydançalara boşaldılır və növbəlilik prinsipi ilə emala yönləndirilir."
Onun sözlərinə görə, bu il şəkər çuğunduru istehsalında müsbət dinamika müşahidə olunur.
"Ötən il 6 min 500 hektar sahədə şəkər çuğunduru becərilmiş və zavod tərəfindən 300 min ton məhsul qəbul edilmişdi. Cari mövsümdə əkin sahələri 8 min hektara çatdırılıb. Mövsüm ərzində 370 min ton şəkər çuğundurunun qəbulunu planlaşdırırıq."
Ceyhun Salmanov qeyd edir ki, son illər fermerlərin şəkər çuğunduru əkininə marağının artması təsadüfi deyil. Müqaviləli əkin sistemi, məhsulun vaxtında qəbul olunması, aqronom müşayiəti və istehsal vasitələri ilə təminat fermerlərin bu sahəyə marağını daha da artırıb.
Hazırda müəssisə ölkənin 15 rayonundan 300-ə yaxın fermerlə əməkdaşlıq edir. Bu əməkdaşlıq uzunmüddətli qarşılıqlı etimada əsaslanır və hər il yenilənən müqavilələr əsasında davam etdirilir. Fermerlər əvvəlcədən məhsullarının satış bazarını bildikləri üçün istehsal prosesini daha rahat planlaşdıra bilir, zavod isə xammal təminatını sistemli şəkildə təşkil edir.
Zavod fermerlərə yalnız məhsulun qəbulu ilə deyil, istehsalın bütün mərhələlərində dəstək göstərir. Onlar yüksək keyfiyyətli toxum, gübrə və digər istehsal vasitələri ilə təmin olunur, güzəştli aqrotexniki xidmətlərdən yararlanırlar. Eyni zamanda, zavodun aqronomları vegetasiya dövrü boyunca sahələrdə mütəmadi monitorinqlər aparır, becərmə texnologiyası ilə bağlı tövsiyələr verir və məhsulun inkişafını yaxından izləyirlər.
Məhsul zavoda daxil olduqdan sonra müasir laboratoriyada keyfiyyət göstəriciləri yoxlanılır. Əsas qiymətləndirmə meyarlarından biri şəkərlilik faizidir. Məhz bu göstərici əsasında fermerlərə ödəniş edilir. Şəkərlilik səviyyəsinin yüksək olması həm fermerlərin gəlirlərinə müsbət təsir göstərir, həm də emal prosesinin səmərəliliyini artırır.
Ceyhun Salmanovun sözlərinə görə, İmişli Şəkər Zavodu qarşıdakı illərdə istehsal imkanlarını daha da genişləndirməyi hədəfləyir.
"Hazırda zavodun illik şəkər istehsalı gücü 550 min ton təşkil edir. Hazırlanan beşillik inkişaf strategiyasına əsasən, yeni texnologiyaların tətbiqi və istehsal xətlərinin modernləşdirilməsi hesabına gündəlik şəkər çuğunduru qəbulu və emalı gücünü 8 min tona, illik qəbul həcmini isə 800 min tona çatdırmağı hədəfləyirik."
O bildirib ki, bu həcmdə xammalın emalı nəticəsində ildə təxminən 96 min ton şəkər istehsal olunacaq. Bundan əlavə, 160 min ton cecə və 40 min ton melas əldə ediləcək ki, bu məhsullar heyvandarlıq, yem sənayesi, maya və spirt istehsalı üçün mühüm xammal hesab olunur.
Ceyhun Salmanov vurğulayıb ki, həyata keçirilən layihələr yalnız istehsal göstəricilərinin artmasına xidmət etmir. Əkin sahələrinin genişlənməsi daha çox fermerin bu sahəyə cəlb olunmasına, regionlarda yeni məşğulluq imkanlarının yaranmasına, logistika və xidmət sektorunun inkişafına, eyni zamanda ölkənin daxili şəkər tələbatının daha böyük hissəsinin yerli xammal hesabına təmin edilməsinə şərait yaradır.
Beləliklə, "Azərsun Holdinq"in həyata keçirdiyi layihələr kənd təsərrüfatı ilə sənaye arasında dayanıqlı əməkdaşlıq modelini daha da möhkəmləndirərək ölkədə şəkər çuğunduru istehsalının inkişafına yeni impuls verir.

Fermerlər: "Azərsun Holdinq"in dəstəyi məhsuldarlığın artmasına və gələcəyə inamın möhkəmlənməsinə töhfə verir
İmişli Şəkər Zavodu ilə uzunmüddətli əməkdaşlıq edən fermerlər bildirirlər ki, göstərilən aqrotexniki dəstək, keyfiyyətli istehsal vasitələri və məhsulun vaxtında qəbul edilməsi şəkər çuğunduru istehsalının ildən-ilə genişlənməsinə şərait yaradır. Onların sözlərinə görə, bu əməkdaşlıq həm məhsuldarlığın yüksəlməsinə, həm də gələcək planlarını daha inamla qurmağa imkan verir.
Beyləqan rayonunun Mayak kəndində fəaliyyət göstərən fermer Möhübbət Məmmədov uzun illərdir İmişli Şəkər Zavodu ilə əməkdaşlıq etdiyini bildirir. Onun sözlərinə görə, cari mövsümdə təsərrüfatında əldə olunan nəticələr görülən işlərin səmərəsini bir daha nümayiş etdirir.
"Bu il təsərrüfatımızda 44 hektar sahədə payızlıq şəkər çuğunduru becərmişik. Hazırda 24 hektarda yığım işləri başa çatıb, qalan 20 hektarda isə yaxın 10-15 gün ərzində kombayn vasitəsilə yığım tamamlanacaq. Hava şəraitinin əlverişli keçməsi məhsuldarlığa müsbət təsir göstərib. Hazırda hər hektardan orta hesabla 45-55 ton məhsul əldə edirik, bəzi sahələrdə isə məhsuldarlıq 60-65 tona qədər yüksəlir."
Fermer qeyd edir ki, ötən il 40 hektar sahədə əkin aparıblar, bu il isə əkin sahəsini 44 hektara çatdırıblar. Qarşıdakı illərdə isə bu göstəricini 55 hektara qədər artırmağı planlaşdırırlar.
Möhübbət Məmmədov İmişli Şəkər Zavodunun fermerlərə göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
"Zavod tərəfindən keyfiyyətli toxum, gübrə, bitki mühafizə vasitələri və texnika ilə təmin olunuruq. Aqronomlar mütəmadi olaraq sahələrə baxış keçirir, tövsiyələr verir və bütün vegetasiya dövründə bizi müşayiət edirlər. Bu dəstək məhsuldarlığın artmasına, keyfiyyətli məhsul yetişdirməyimizə və məhsulumuzu vaxtında zavoda təhvil verməyimizə mühüm töhfə verir. Qarşıdakı illərdə məqsədimiz məhsuldarlığı daha da artırmaq və əkin sahələrimizi genişləndirməkdir."
Şəkər çuğunduru istehsalı ilə məşğul olan gənc fermer Cavid Ağayev də İmişli Şəkər Zavodu ilə əməkdaşlığın fəaliyyətinə müsbət təsir göstərdiyini deyir.
Onun sözlərinə görə, hazırda zavodla 30 hektar sahə üzrə müqavilə əsasında əməkdaşlıq edir.
"Bu il məhsuldarlıq və keyfiyyət baxımından yaxşı nəticələr əldə etmişik. Hazırda hər hektardan orta hesabla 55 ton məhsul götürürük. Məhsulun şəkərlilik göstəriciləri də yüksəkdir. Yığım prosesi operativ şəkildə davam edir və kombaynlar fasiləsiz çalışır."
Cavid Ağayev bildirir ki, Azərsun Holdingin İmişli Şəkər Zavodunun təqdim etdiyi toxum, gübrə, aqrokimyəvi vasitələr və texniki dəstək istehsal prosesini xeyli asanlaşdırır.
"Xüsusilə yığım dövründə göstərilən kombayn dəstəyi məhsulun minimum itki ilə toplanmasına imkan yaradır. Müəssisə ilə uzunmüddətli əməkdaşlığımız bizə gələcək fəaliyyətimizi daha inamla planlaşdırmağa şərait yaradır. Ötən il 30 hektarda əkin aparmışdıq, bu il sahəni 33 hektara çatdırmışıq. Məqsədimiz həm əkin sahələrini, həm də məhsuldarlığı daha da artırmaqdır."
Uzun illərdir şəkər çuğunduru istehsalı ilə məşğul olan fermer Taleh Namazov isə hesab edir ki, uğurlu nəticələrin əsasını düzgün aqrotexniki qulluq və etibarlı tərəfdaşlıq təşkil edir.
"2009-cu ildən şəkər çuğunduru istehsalı ilə məşğulam. Bu illər ərzində qazandığımız təcrübə göstərir ki, yüksək məhsuldarlıq üçün keyfiyyətli toxum, düzgün aqrotexniki qulluq və vaxtında göstərilən dəstək əsas amillərdəndir. Bu il hər hektardan orta hesabla 50-55 ton məhsul əldə etmişik."
Taleh Namazovun sözlərinə görə, İmişli Şəkər Zavodu ilə əməkdaşlıq fermerlərin daha yüksək nəticələr əldə etməsinə şərait yaradır.
"Zavod tərəfindən təqdim olunan keyfiyyətli toxum, gübrə və digər istehsal vasitələri məhsuldarlığın artmasına mühüm təsir göstərir. Aqronomların peşəkar tövsiyələri becərmə prosesini daha səmərəli təşkil etməyə kömək edir. Bu əməkdaşlıqdan razıyıq və qarşıdakı illərdə daha yüksək məhsuldarlığa nail olmağı, istehsal imkanlarımızı daha da genişləndirməyi qarşıya məqsəd qoymuşuq."
Fermerlərin fikirlərindən də göründüyü kimi, Azərsun Holdingin İmişli Şəkər Zavodu ilə formalaşan uzunmüddətli əməkdaşlıq modeli yalnız məhsulun satışını təmin etmir. Eyni zamanda, fermerlərin müasir istehsal texnologiyalarına çıxışını genişləndirir, məhsuldarlığın yüksəldilməsini təşviq edir və kənd təsərrüfatında dayanıqlı inkişaf üçün etibarlı tərəfdaşlıq mühiti yaradır.
Müasir texnika, peşəkar komanda və fasiləsiz logistika - məhsulun tarladan emala uzanan yolu
Şəkər çuğunduru emalında yüksək nəticələrin əldə olunması yalnız məhsuldar əkinlə məhdudlaşmır. Məhsulun optimal vaxtda yığılması, keyfiyyətini qoruyaraq emal müəssisəsinə çatdırılması və operativ şəkildə emala yönləndirilməsi də bu prosesin vacib mərhələlərindəndir. Bu zəncirin hər bir halqasında peşəkar insanların əməyi dayanır.
"Azərsun Holdinq" ilə əməkdaşlıq çərçivəsində tarlalarda çalışan kombayn operatorları yığım mövsümündə fermerlərə operativ texniki dəstək göstərirlər. Müasir kombaynların tətbiqi məhsulun daha sürətli, dəqiq və minimum itki ilə yığılmasına imkan yaradır.
Kombayn operatoru Məcnun Əsədov bildirir ki, fermerlərin zəhmətinin vaxtında nəticə verməsi üçün yığım prosesinin düzgün təşkili xüsusi əhəmiyyət daşıyır.
"Artıq bir ildir şəkər çuğunduru yığımı üzrə kombayn operatoru kimi çalışıram. Müasir texnika işimizi xeyli asanlaşdırır. Məqsədimiz fermerlərin məhsulunu optimal vaxtda və minimum itki ilə toplamaqdır. Xüsusilə gənc fermerlərə göstərilən texniki dəstək onların işini daha da asanlaşdırır və məhsulun keyfiyyətinin qorunmasına kömək edir. Bu prosesin bir parçası olmaq və fermerlərin əməyinə töhfə vermək bizim üçün böyük məsuliyyət və qürur mənbəyidir."
Yığım başa çatdıqdan sonra məhsul xüsusi yük avtomobilləri vasitəsilə operativ şəkildə İmişli Şəkər Zavoduna daşınır. Daşınmanın vaxtında və düzgün təşkili istehsal prosesinin fasiləsiz davam etməsində mühüm rol oynayır.
Yük avtomobili sürücüsü Kənan Məmmədli deyir ki, onların işi fermerlə zavod arasında etibarlı körpü rolunu oynayır.
"Məhsul sahədən qəbul edildiyi andan etibarən bizim məsuliyyətimiz başlayır. Əsas vəzifəmiz şəkər çuğundurunu keyfiyyətini qoruyaraq təhlükəsiz və vaxtında zavoda çatdırmaqdır. Mövsüm ərzində gecə-gündüz çalışırıq ki, yığım prosesi ilə emal arasında heç bir fasilə yaranmasın. Məhsulun operativ daşınması həm fermerlərin zəhmətinin dəyərləndirilməsinə, həm də zavodda istehsal prosesinin səmərəli təşkilinə xidmət edir. Bu mühüm prosesin iştirakçısı olmaq bizim üçün qürurvericidir."
Beləliklə, şəkər çuğundurunun tarladan istehsalata qədər keçdiyi yol yüzlərlə insanın peşəkar əməyini özündə birləşdirən vahid əmək zənciridir. Fermerlərin zəhməti, aqronomların müşayiəti, müasir texnika ilə çalışan kombayn operatorlarının operativ fəaliyyəti, yük avtomobili sürücülərinin məsuliyyətli işi və Azərsun Holdingin İmişli Şəkər Zavodunda tətbiq olunan müasir emal texnologiyaları bu zəncirin ayrılmaz hissələridir.
"Azərsun Holdinq" ölkədə şəkər çuğunduru istehsalının inkişafına dəstək verməklə yerli xammal bazasının genişlənməsinə, fermerlərin gəlirlərinin artırılmasına və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına töhfə verir. Fermerlərlə qurulan uzunmüddətli əməkdaşlıq modeli, göstərilən kompleks aqrotexniki dəstək və istehsal gücünün mərhələli şəkildə artırılması istiqamətində həyata keçirilən layihələr bu sahənin inkişafı üçün möhkəm zəmin yaradır.
Qarşıdakı illər üçün müəyyənləşdirilən 800 min ton şəkər çuğunduru qəbulu hədəfi "Azərsun Holdinq"in yerli istehsalın gücləndirilməsi, qeyri-neft sektorunun inkişafına dəstək, regionlarda məşğulluğun artırılması və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində strateji baxışının mühüm tərkib hissəsidir. Bu hədəfə doğru atılan hər addım fermerlərlə tərəfdaşlığın daha da möhkəmlənməsinə və Azərbaycan şəkərçiliyinin yeni inkişaf mərhələsinə keçidinə xidmət edir.

"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq"Azərsun Holdinq" şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 428   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021