Məktəblərdə böyük DƏYİŞİKLİK ELAN EDİLDİ: Sentyabrdan başlayır...

Məktəblərdə böyük DƏYİŞİKLİK ELAN EDİLDİ: Sentyabrdan başlayır...Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.

Bəs bu "gənc" fənləri tədris edən müəllim korpusu varmı, yetişibmi?

Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bu təşəbbüsün əsas məqsədi şagirdlərdə süni intellekt və kibertəhlükəsizlik sahələrində ilkin bilik və bacarıqların formalaşdırılmasıdır:

"Yeni fənlərin tədrisinə əmək bazarında informasiya texnologiyaları ixtisası üzrə təhsil almış, süni intellekt və maşın təlimi sahəsində ixtisaslaşmış, kompüter elmləri üzrə bakalavr təhsili olan mütəxəssislər, eləcə də riyaziyyat müəllimləri cəlb oluna bilərlər. Məhz bu istiqamət üzrə hazırlığı olan mütəxəssislərin dərslərin tədrisində iştirak etməsi daha məqsədəuyğundur".

Ekspert bildirib ki, bu fənlər üçün Azərbaycan dili, riyaziyyat və digər əsas elm sahələrində olduğu qədər dərs saatı ayrılmayacaq:

"Lakin mərhələli şəkildə tədris prosesi təşkil olunacaq. Perspektivdə isə məhz bu sahələr üzrə pedaqoji kadr hazırlığının gücləndirilməsinə ehtiyac yaranacaq. Gələcəkdə ya riyaziyyat müəllimliyi proqramları çərçivəsində süni intellekt və əlaqəli mövzuların tədrisi nəzərdə tutulmalı, ya da kibertəhlükəsizlik və kompüter elmləri üzrə ixtisaslaşmış mütəxəssislər birbaşa tədris prosesinə cəlb edilməlidirlər".

Globalinfo.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də qurumun nəzdində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə sorğu ünvanlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6419   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr