20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq
Bakıda qeyri-adi soyğunçuluq hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, sərnişin kimi mindiyi avtomobildə əvvəlcə sürücüdən 20 manat istəyən qadın, pul qabı çıxarılan anda onun əlindəki vəsaiti götürüb. Ardınca isə sürücünün pulu geri tələb edəcəyi halda özünü avtomobilin altına atacağını və polisə şikayət edəcəyini bildirərək hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü Sahil qəsəbəsində avtobus dayanacağında olarkən "Kia Rio" markalı avtomobili saxladaraq sürücüdən onu Bakı istiqamətində aparmasını xahiş edib.
Bir qədər yol getdikdən sonra sürücüyə maddi vəziyyətinin çətin olduğunu və 20 manata ehtiyacı olduğunu deyib. Sürücü pul vermək üçün pul qabını çıxardığı zaman qadın daha çox vəsait olduğunu görüb və həmin pulları götürüb. Təqsirləndirilən şəxsin ifadəsinə görə, pullar avtomobilin salonuna dağılıb, o da onları toplayaraq avtomobildən düşüb. Sürücünün vəsaiti geri istəməsinin qarşısını almaq üçün isə özünü maşının altına atacağını və polisə müraciət edəcəyini bildirib. Daha sonra yaşadığı ünvana gedib və götürdüyü pulu sayarkən məbləğin 700 manat olduğunu müəyyən edib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu, maddi çətinlik səbəbindən bu addımı atdığını bildirib. O, zərərçəkmişlə barışdığını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş isə məhkəmədə bildirib ki, hadisə günü idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən dayanacaqda əl edən qadını götürüb. Qadın yolda ondan 20 manat pul istəyib. O, pul vermək üçün pul qabını çıxararkən qadın əlindəki digər vəsaitlərə əl atıb.
Zərərçəkmişin sözlərinə görə, pullar avtomobilin içinə dağılıb və qadın onları topladıqdan sonra geri qaytarmaq tələb ediləcəyi halda özünü avtomobilin altına atacağını deyib. O, hadisə yerindən uzaqlaşaraq "102" xidmətinə məlumat verib. Daha sonra 700 manatının olmadığını müəyyən edib.
O, məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun ibtidai istintaq dövründə saxlanıldığı 2 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu