Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"
Qida blogeri Gülnar Hüseynova "Azza" mağazasında satılan məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb.
Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mağazadan alınan yoqurtun qıcqırdığını və bu səbəbdən mağaza əməkdaşları ilə arasında mübahisə yaşandığını bildirib:
"Azza" köhnə məhsullar satır. Azadlıq prospektində yerləşən filialında son istifadə tarixi iyulun 22-si olan yoqurtu bizə ayın 19-da satıblar. Uşaqlar yoqurtu açanda məni çağırdılar. Allah istədi ki, mən də gördüm. Yoqurt qıcqırıb. İnanın, üfunət iyi gəlir. Bərbad vəziyyətdədir. Mənim uşağım bunu içsəydi, nə olacaqdı?
Gəlmişəm ki, məhsulu qaytarım. Amma üzr istəmək əvəzinə mənimlə burada mübahisə edirlər. Deyirlər ki, kameraya baxmalıyıq. Kompüterdə yoxlayıblar ki, məhsul saat 17:31-də alınıb.
Deyirəm, məsələ bu deyil. Mən başa düşə bilmirəm, siz üzr istəmək əvəzinə niyə məni burada bir saat saxlayırsınız? Deyirlər ki, yoxlayacağıq, əlaqə nömrənizi verin.
Söhbət puldan getmir. Mən öz hüquqlarımı müdafiə edirəm. Niyə insanlara köhnə məhsullar satırsınız?
Bu da "Azza"nın satdığı məhsullar. Baxın, yoqurtun vəziyyətinə. Çəkirəm ki, insanlar görsün. Bu yoqurtu insanlara satırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 429 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb
İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb. Qaynarinfo xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qız
21 iyulDaha bir gənc dənizdə boğuldu
Daha bir gənc dənizdə boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır
20 iyulBakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Azərbaycanda iyulun 22-də havanın 38 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
21 iyulSalyandakı qəzada ölənlərin - Fotoları
Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların
21 iyulCoşqun Qarayevin yerinə o təyin edildi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində yeni təyinat olub. Qaynarinfo-nun məlumatına görə, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Bakı və Bakı ətrafı yol mühafizəsi bölgəsinin rəisi vəzifəsinə Riyad Paşayev təyin edilib. Bu barədə AAYD
20 iyul