Arzum ev dustaqlığına buraxıldı
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
"Report"un məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.
Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1356 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI
"Bakı riyazi savadlılıq üzrə nəticələrdə bütün qiymətləndirmə dövrləri üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında yer alıb. Paytaxtın nəticəsi 2022-2025-ci illər ərzində 63 bal artıb". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı
8 sentyabrZaur Rzayev xəstəxanaya yerləşdirildi
Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib. O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan ev
9 sentyabrSüni intellekt həkimləri əvəz edə bilərmi? - AÇIQLAMA
Süni intellekt artıq tibbdə diaqnostika, tibbi görüntülərin təhlili və klinik qərarların dəstəklənməsi kimi sahələrdə istifadə olunur. Bununla belə, ÜST süni intellektdən istifadə zamanı təhlükəsizlik, insan nəzarəti və etik prinsiplərin qorunmasının vacibliyini vurğulayır. Bəs, süni intellektin tibbd
8 sentyabr3 cərrah ixtisasına uyğun olmayan plastik əməliyyatlar aparıb
Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Müəyyən edilmi
8 sentyabrTəcili yardım maşınını telefonla izləmək mümkün ola bilər - RƏSMİ
Gələcəkdə təcili tibbi yardım çağıran şəxslərin briqadanın hərəkətini mobil telefon vasitəsilə izləməsi mümkün ola bilər. TƏBİB-dən -in sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi çərçivəsində çağırışların operativ idarə olunması, briqadaların koordinasiyası
8 sentyabr"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya problem yarandığını təsdiqləyiblər
8 sentyabr