Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq"Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli maraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış, konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə - Avropa, Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim inkişafdadır", - bunu Sonxeber.az -a danışan iqtisadçı ekspert Tufan Məmmədov deyib:

"Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki, ölkəmizin rəhbəri İlham Əliyevin dünya siyasətini hərtərəfli, o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi, qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir. İttifaqda təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bu, həm də həmin ölkələrin dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm amildir. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq Azərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektiv yanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələrini verib. Dost ölkənin xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan Almaniyaya təşəkkürünü də çatdırmışdı.
Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda qeydiyyata alınıb. Statistikaya baxsaq, görərik ki, Almaniya Azərbaycanın neft-qaz və qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya 569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxş səviyyədədir.
Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansleri Fridrix Merts ilə görüşlər keçirib, "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.
Prezident İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı zamanı dövlətimizin başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
Vürğulanıb ki, bu gün Avropa İttifaqına üzv 10 ölkə Azərbaycandan qaz alır və bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. "Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkə başçısı mətbuata bəyanatında Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri həm keçmişin zəngin irsinə dərin ehtiram, həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq rasional cavabdır. İqtisadi sahədə çalışan yüzlərlə alman şirkətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə vəsait yatırmaq istəyən alman investorlarının ölkəmizə artan marağı bu tərəfdaşlığın real miqyasını göstərir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 400   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr