Nigar Fərhaddan soraq yoxdur - Baş Prokurorluq və DİN-də bu barədə nə deyirlər?
Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən "Aid-Group" xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır.
Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı, iş prosesi bərpa olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub. Dördpendirli pizza
Şikayətçilərin iddiaları və şirkətin fəaliyyətini dayandırması fonunda hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı araşdırma aparıb-aparmadığı hələlik məlum deyil.
Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi və Baş Prokrorluqdan bildirilib ki, məsələ onlara aid deyil.
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda "Aid-Group"la bağlı çoxsaylı şikayətlər yayılıb.
Vətəndaşlar xaricdə təhsil proqramları üçün şirkətə minlərlə manat ödəniş etdiklərini, lakin vəd olunan xidmətləri ala bilmədiklərini iddia edirlər. Onların sözlərinə görə, müqavilə öhdəlikləri yerinə yetirilməyib, şirkətlə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.
Bununla yanaşı, "AID Group"un daxil olduğu "AID Language Center" MMC ilə bağlı maliyyə məlumatları da diqqəti cəlb edib. Hazırda "passiv" statusda olan şirkətin dövlətə 3 277 manat vergi borcu var.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 44 göstərilir.
Şirkətin qanuni təmsilçisi isə aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır.
N.Fərhadın hazırda harada olduğu bilinmir. O nə telefon zənglərinə cavab verir, nə də mövzuya dair bəyanat yayır.
Xatırladaq ki, aparıcının qızı ABŞ-də təhsil alır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 958 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrOktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrMəşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabr