"Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlib" - DEPUTAT

"Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlib" - DEPUTATAzərbaycan və Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulub. Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci ildə tanıyıb. Hazırda iki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyədə davam edir.

Əməkdaşlığın əsas istiqamətləri:
Siyasi əlaqələr - yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm görüşlər keçirilir.
Enerji - Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirir. Təbii qaz və yaşıl enerji sahəsində əməkdaşlıq inkişaf edir.
İqtisadiyyat və ticarət - Almaniya Azərbaycanın əsas Avropa ticarət tərəfdaşlarından biridir. Alman şirkətləri sənaye, nəqliyyat, tikinti və xidmət sahələrində fəaliyyət göstərirlər.
Təhsil və mədəniyyət - Alman dili Azərbaycanda geniş tədris olunur, Bakıdakı Goethe Mərkəzi və müxtəlif akademik mübadilə proqramları iki ölkə arasında humanitar əlaqələri gücləndirir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə sənəd qəbul edilib. Ölkə başçısının səfəri zamanı keçirdiyi görüşlər zamanı enerji, ticarət, yaşıl enerji, nəqliyyat, investisiyalar və regional məsələlər müzakirə olunub.

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat bir daha iki ölkə arasındaki bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyindən xəbər verir. Xüsusilə də səfər çərçivəsində imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldırılacağının sübutudur. Ən önəmlisi isə Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlib. Biz Almaniya ilə strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi üçün imzalanmış Birgə Bəyannamə yaxşı nəticələr hasil edəcəkdir.

Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.

Hazırda bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.

Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Səfər çərçivəsində imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürüldü. Ölkə başçısının da qeyd etdiyi kimi bir neçə gün işçi qrup yaradılacaq ki, imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.

Ölkə başçısı çıxışında vurğulayıb ki, Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Eyni zamanda, ölkə başçısı Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə də təşəkkür edib. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.

Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk. Ölkə başçısının da vurğuladığı kimi biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir.

Xüsusilə də, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il Avropa İttifaqı Şurasının Prezidenti Koştan və Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfər etdilər. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.

Cavanşir Paşazadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 464   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirm

30 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr