Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı
Ad günü münasibətilə spirtli içki qəbul etdikdən sonra bacısını döyərək ona yüngül xəsarət yetirən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısının baş nahiyəsinə təpiklə zərbə endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsin sağ göz nahiyəsində qançır və şişkinlik, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri qeydə alınıb.
Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bildiyini deyib. O bildirib ki, hadisə baş verən gün - mayın 22-də ad günü münasibətilə ailə üzvləri ilə birlikdə evdə məclis təşkil edib və spirtli içki qəbul edib. Daha sonra mağazadan araq alaraq küçədə də içki içdiyini söyləyib.
Onun sözlərinə görə, axşam saatlarında nənəsinin evinə gedərək anasından pul istəyib. Anası onun sərxoş vəziyyətdə olduğunu görərək buna etiraz edib. Bu zaman bacısı da mübahisəyə müdaxilə edərək anası ilə mübahisəni dayandırmasını, əks halda polisə müraciət edəcəyini deyib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, bacısının bu sözlərindən sonra onun arxasınca küçəyə çıxıb. Bacısı qaçmağa başlayıb, o isə yaşadıqları evin qarşısında ona çatıb. Bacısı müvazinətini itirərək yıxıldıqdan sonra sifət nahiyəsinə təpiklə zərbə endirib. Hadisəyə anası müdaxilə edərək onları ayırıb.
Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etdiyini, peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödədiyini bildirib. O, zərərçəkmiş şəxsin artıq ondan şikayətçi olmadığını da qeyd edərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilərək ona 320 saat ictimai iş cəzası təyin edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 589 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrOktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrMəşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabr