Son dəqiqə! Putindən inanılmaz gediş: Qarabağ qaytarılır

Son dəqiqə! Putindən inanılmaz gediş: Qarabağ qaytarılırErmənistanın keçmiş prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və münaqişənin təcili həll olunması haqda fikirlərini yenidən gündəmə gətirməsi düşmən ölkədə müzakirələrə səbəb olub.

Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllini təklif edir.

O hesab edir ki, münaqişənin həlli uzandıqca bundan ən çox Ermənistan zərər çəkir. Həll variantı isə "Madrid prinsipləri"dir. Hansı ki, bu prinsiplər rayonların Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını və ən son mərhələdə Qarabağın statusu məsələsinin müzakirə edilməsini nəzərdə tutur.

Ermənistan hakimiyyəti Petrosyanı "xainlikdə" ittiham edir və onun "təslimçi sülh"ə çalışdığını iddia edir. Lakin "lragir" saytının yazdıqları bu kontekstdə diqqət çəkir.

Sayt yazır ki, əslində, bu məsələdə hakimiyyətlə Petrosyan birgə hərəkət edir.

"Levon Ter-Petrosyan cəmiyyəti münaqişənin nizama salınması variantlarına hazırlayır. Belə fikir var ki, hakimiyyət qanunauyğunluğa görə bu işi birbaşa özü həyata keçirə bilmir. Buna görə də Petrosyana cəmiyyəti ərazilərin qaytarılması və münaqişənin həllinin vacibliyi fikrinə inandırmaq tapşırığı verilib", - deyə sayt yazır.

Qeyd edək ki, ötən il baş verən Aprel müharibəsindən sonra Serj Sərkisyan Levon Ter-Petrosyanın evinə gedərək, onunla vəziyyəti müzakirə etmişdi. Petrosyan bu görüşün ardından Dağlıq Qarabağa gələrək, separatçılarla müzakirələr aparmış və münaqişənin həlli variantları haqda onları məlumatlandırmışdı. Petrosyanın indi münaqişənin həlli ilə bağlı irəli sürdüyü ideya ötən ilki hadisələr fonunda diqqət çəkir. Münaqişənin həlli ilə bağlı onun dediyi fikirlər Rusiyanın təklif etdiyi həll variantı ilə uzlaşır. Hesab etmək olar ki, əsas tapşırıq məhz Rusiyadan gəlir. Sarkisyan prezident olaraq cəmiyyətə ərazilərin qaytarılmasının vaxtının çatdığını deyə bilmədiyi üçün məhz Petrosyanı – erməni siyasətinin ağsaqqalını bu işə cəlb edib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 20953   Tarix: 25 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

Prezident: "Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir"

"Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətləraras

1 may
.

İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel