Zədələnmiş pulu harada dəyişmək olar?

Zədələnmiş pulu harada dəyişmək olar?Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur.

Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?

"Qafqazinfo" xəbər verir ki, qanunvericiliyə görə, aşağıdakı əlamətlərdən hər hansı biri olan kağız milli pul nişanı tədavülə yararsız hesab olunur:

- Üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə;

- Vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş;

- Yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş.

Milli valyutada olan əsginaslar dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir.

"Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"ına görə, milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Saxta olmayan, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrəsindən ən azı birini tam saxlamış kağız pul nişanlarının nominal dəyəri ödənilir. Həmçinin eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri də təmin olunur.

Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60 faizini saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək mümkün olmadıqda təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur. Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir. Saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir.

Mərkəzi Bank və operator banklar tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır. Bununla belə, qanunvericilikdə bankların pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli həyata keçirmələri də istisna edilməyib.

Xarici valyutada olan pul nişanları isə Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Proses bankların daxili qaydalarına uyğun olaraq, o cümlədən ödənişli həyata keçirilə bilər. Hazırda bir sıra yerli banklar zədələnmiş ABŞ dollarının, avronun, İngiltərə funt sterlinqinin, hətta İsveçrə frankının ödənişli olaraq dəyişdirilməsi, qəbulu və ya əvəzinin ödənilməsi xidməti təklif edir.

Həmçinin xarici valyutada pul nişanının ekspertizasının banklar tərəfindən daxili qaydalara uyğun olaraq həyata keçirilməsi mümkündür. Bank xarici valyutada pul nişanının həqiqiliyini müəyyən edə bilmədikdə həmin pul nişanını Mərkəzi Banka və ya onu buraxan banka ekspertizaya təqdim edə bilər.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1305   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Limanında konteyner daşımaları 30 % artıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında təxminən 100 00 TEU həcmində konteyner daşınması həyata keçirilib. xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30

14 oktyabr
.

Naxçıvanda vergi daxilolmaları 10 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 210,7 milyon manat vergi daxil olub. quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,1 % çoxdur. Ötən 9 ayda muxtar respublikada qeyri-dövlə

8 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr
.

Qızılın qiymətində yeni göstəricilər

Mərkəzi Bank (ARMB) 8 oktyabr 2026-cı il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 029.6700 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 226.01 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, təmiz qızıl (9

8 oktyabr
.

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 4 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 239 dəfə çoxdur. Hesabat dövründə istehsal edilə

8 oktyabr
.

Qlobal iqtisadiyyat sabitlik həddinə yaxınlaşır

Qlobal iqtisadiyyat hələ də Yaxın Şərqdəki müharibənin və enerji qiymətlərinin kəskin artmasının təsirlərini yaşayır, lakin yeni şoklara tab gətirmək qabiliyyəti tədricən zəifləyir. xəbər verir ki. Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edir ki, azalan neft ehtiyatları, artan borc yükü və süni intellekti

13 oktyabr
.

İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub. filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır. 9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərclər

9 oktyabr
.

Azərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 155 nəqliyyat vasitəsi satılıb. bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərracda start qiyməti 5 00 manat olan "Hyundai Sonata" markalı avtomobil 9 00 manata, ilkin qiyməti 4 00 mana

14 oktyabr
.

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri sentyabrda 31 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57,4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. Təkcə sentyabrda isə b

16 oktyabr