Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması kredit bazarında faizlərin ucuzlaşması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Növbəti faiz qərarının dekabrın 23-də açıqlanacağı gözlənilir. Uçot dərəcəsinin dəyişdirilməsi bankların kredit siyasətinə, eləcə də əhalinin və sahibkarların borclanma imkanlarına təsir göstərə bilər.

Bəs qarşıdakı iclasda uçot dərəcəsinin aşağı salınması mümkündürmü? Bu addım istehlak və biznes kreditlərinin faizlərinə necə təsir edə bilər?
Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması onu göstərir ki, hazırkı mərhələdə tənzimləyici inflyasiya risklərini və makroiqtisadi sabitliyi nəzərə alaraq ehtiyatlı pul-kredit siyasətinə üstünlük verir. Onun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması mümkündür, lakin bunun üçün ilk növbədə inflyasiyanın davamlı şəkildə zəifləməsi, qiymət artımlarına təsir edən risklərin azalması və manatın məzənnə sabitliyinin qorunması üçün əlverişli şərait formalaşmalıdır: "Uçot dərəcəsinin azaldılması kredit faizlərinin də ucuzlaşmasına müəyyən zəmin yarada bilər. Çünki Mərkəzi Bankın faiz siyasəti bankların maliyyə resurslarının qiymətinə və ümumi pul bazarına təsir göstərir. Lakin burada bir vacib məqam var: uçot dərəcəsi ilə bankların vətəndaşlara və sahibkarlara verdiyi kreditlərin faizləri arasında birbaşa və avtomatik əlaqə yoxdur. Banklar kredit faizlərini müəyyənləşdirərkən cəlb etdikləri əmanətlərin dəyərini, əməliyyat xərclərini, kreditlərin geri qaytarılmaması riskini, likvidlik vəziyyətini və mənfəət marjasını da nəzərə alırlar. Hazırkı göstəricilərə baxdıqda, dekabrın 23-də uçot dərəcəsinin aşağı salınması ehtimalını tam istisna etmək olmaz. Belə ki, Mərkəzi Bankın məlumatına görə, illik inflyasiya sentyabrda 5,5 faiz olduğu halda, oktyabrda 5,2 faizə enib. Bu, faizlərin azaldılması üçün müəyyən imkan yaradır. Digər tərəfdən, xarici bazarlarda ərzaq və enerji qiymətlərinin dəyişməsi, geosiyasi risklər və idxal inflyasiyası Mərkəzi Bankı ehtiyatlı davranmağa vadar edə bilər.

Mənim fikrimcə, uçot dərəcəsinin tədricən aşağı salınması perspektivi var, amma bunun kredit bazarında dərhal ciddi ucuzlaşma yaradacağını gözləmək doğru olmaz. Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbləri təkcə Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı deyil. Bank sektorunda rəqabətin səviyyəsi, əmanətlərin cəlb edilməsi xərcləri, kredit riskləri və bankların mənfəət marjası da mühüm rol oynayır. Buna görə də kreditlərin real şəkildə ucuzlaşması üçün bank sektorunda rəqabət güclənməli, maliyyə resurslarının dəyəri azalmalı və kredit riskləri aşağı düşməlidir. Əslində, uçot dərəcəsinin aşağı salınması iqtisadiyyatda kreditləşməni stimullaşdırmaq üçün alətlərdən biridir. Kreditlərin ucuzlaşması isə həm əhalinin istehlak imkanlarını, həm də sahibkarların investisiya fəallığını artıra bilər. Xüsusilə kiçik və orta sahibkarlıq üçün daha əlçatan kreditlər istehsalın genişlənməsinə və yeni iş yerlərinin açılmasına müsbət təsir göstərə bilər. Ancaq bunun üçün faizlərin yalnız nominal olaraq deyil, real iqtisadi şərtlər baxımından da aşağı düşməsi vacibdir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 128   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,8

10 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr
.

Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?

Azərbaycanda güzəştli kreditlər müxtəlif dövlət proqramları çərçivəsində müəyyən kateqoriyadan olan vətəndaşlara və sahibkarlara təqdim olunur. Bu kreditlər aşağı faiz dərəcələri, daha uzun ödəmə müddətləri və bəzi hallarda güzəşt dövrləri ilə adi kreditlərdən fərqlənir. Lakin onlardan yararlanmaq üçü

20 noyabr
.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Qızılın qiyməti son bir ilin minimumuna düşdü

Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai

16 noyabr
.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr

6 noyabr