Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub.
Sonxeber.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır.
Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,911 milyon manat (29,95 % çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 14,667 milyon manat (4 dəfə çox), dəyərsizləşmə zərəri 166 min manat (əvvəlki il gəlir olub), investisiya mülkiyyəti üzrə ədalətli dəyər gəlirləri 3,865 milyon manat (əvvəlki il zərər olub), xarici valyuta mövqeyinin qiymətləndirilməsi üzrə gəlirləri 629 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 19,18 milyon manat (31,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 1 milyard 739,869 milyon manat olub ki, bu da illik müqayisədə 7,55 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,95 % artaraq 8,371 milyon manata, balans kapitalı isə 7,5 % artaraq 1 milyard 731,498 milyon manata çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın İtaliyaya neft ixracı azalıb, gəliri artıb
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 5,5 milyard dollar dəyərində 8,8 milyon ton neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 10,4% çoxdur. Hesabat dövründə İtaliyaya neft ixracının həcmi isə illik müqayisəd
22 oktyabrƏmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,59% artaraq 4 194,
16 oktyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur. 9 ay ərzində quru
15 oktyabrAzərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları və ya 3,15 % azalaraq 120,68 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə
7 oktyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 224 milyon 30 min ABŞ dolları dəyərində 1 milyon 44 min 835,35 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 35,4 milyon ABŞ dolları və yaxu
19 oktyabrAzərbaycanda yumurta istehsalı artıb
Bu ilin yanvar-sentyabr aylarında 1698,8 min ton süd, 1810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Agentliyi məlumat yayıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 1,2 faiz artıb, yun istehsal
21 oktyabrNaxçıvanda bank əmanətləri 46 % artıb
Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 48,3 milyon manat əmanəti olub. Bu barədə -ın yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 45,9 % çoxdur. Əmanətlərin 94,5 %-i milli, 5,5 %-i xarici valyutad
13 oktyabrAzərbaycan iki ölkədən smartfon tədarükünü bərpa edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 314,5 milyon ABŞ dolları dəyərində 701 min 908 ədəd smartfon idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % çox, kəmiyyət olaraq - 15,
19 oktyabr