Elektron reseptlər nə qədər effektiv olacaq? - AÇIQLAMA
Elektron resept sisteminin tətbiqi dərmanların təyinatı və istifadəsinə nəzarətin gücləndirilməsi baxımından mühüm dəyişiklikdir. Sistemin düzgün işləməsi həm həkimin təyin etdiyi preparatlar barədə məlumatların elektron şəkildə izlənməsinə, həm də pasiyentin eyni və ya oxşar təsirli dərmanları lazımsız yerə almasının qarşısının alınmasına imkan yarada bilər.
Bəs, elektron resept sistemi vətəndaşların dərman xərclərinin azalmasına real olaraq necə təsir göstərə bilər, düzgün preparat və dozanın seçilməsində nə dərəcədə effektivdir və eyni təsirli dərmanların təkrar və ya lazımsız alınmasının qarşısını almaq mümkündürmü?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, bu gün səhiyyə ilə bağlı daha çox sualların və problemlərin gündəmə gəlməsi əhalinin digər sahələrlə müqayisədə səhiyyə sisteminə daha çox müraciət etməsi ilə bağlıdır.
"İnsanların səhiyyə xidmətlərinə müraciət etməsinin arxasında isə həyat tərzi, qidalanma və digər amillərlə bağlı müxtəlif problemlər dayanır. Əsas məsələ həkimlərin öz işini düzgün həyata keçirməsidir. Həkim ilk növbədə dəqiq diaqnoz qoymalı və həmin diaqnoza uyğun müalicə təyin etməlidir. Təəssüf ki, Azərbaycanda insanların qonşuların məsləhəti, sosial şəbəkələrdə yayılan məlumatlar və müxtəlif mənbələr əsasında özbaşına dərman qəbul etməsi halları ilə qarşılaşılır. İnsan öz orqanizmini və sağlamlıq vəziyyətini tam şəkildə qiymətləndirə bilməz. Buna görə də dərman seçimi və müalicə ilə bağlı qərar həkim tərəfindən verilməlidir. Vətəndaşlar həkimin tövsiyələrinə əməl etməli, özbaşına dərman qəbulundan çəkinməlidirlər".
Farmakoloq bildirib ki, bununla yanaşı, düzgün və keyfiyyətli qidalanma, sağlam həyat tərzi və gündəlik rejimə diqqət yetirilməsi bir sıra sağlamlıq problemlərinin azalmasına kömək edə bilər:
"Elektron resept sisteminə isə müsbət yanaşıram. Elektron reseptin tətbiqi həkimin təyin etdiyi dərmanların düzgün şəkildə əldə olunmasına və xəstənin müalicə rejiminə daha dəqiq əməl etməsinə imkan yaradır. Dərmanın nə vaxt və hansı dozada qəbul edilməsi, hansı qidalarla birlikdə istifadə olunmasının uyğun olub-olmaması kimi məsələlər də həkim tərəfindən izah edilməlidir. Elektron resept sisteminin digər üstünlüklərindən biri səhiyyə müəssisələrində növbələrin və gözləmə müddətinin optimallaşdırılmasına kömək edə bilməsidir. Ümumilikdə, elektron reseptin tətbiqini səhiyyə sistemi və pasiyentlər baxımından müsbət addım hesab edirəm".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 493 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
4 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrUşağı məktəbə nə vaxt göndərmək olmaz?
"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl
27 sentyabrYaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27 sentyabrGözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrQlobal istiləşmə insanları sağlam dəridən məhrum edir
İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV
30 sentyabrGündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28 sentyabr