6 həftə şəkərdən imtina edən zaman orqanizmdə baş verənlər... - Alimlər açıqlayır

6 həftə şəkərdən imtina edən zaman orqanizmdə baş verənlər... - Alimlər açıqlayırŞəkər gündəlik qidalanmamızda düşündüyümüzdən daha böyük yer tutur. O, təkcə şirniyyatlarda deyil, çörəkdə, səhər yeməyi məhsullarında, hazır yeməklərdə və müxtəlif souslarda da mövcuddur.

Bəs altı həftə ərzində əlavə şəkər qəbulundan imtina edilsə, orqanizmdə hansı dəyişikliklər baş verər? Enerji səviyyəsi, iştaha və dad duyğusu necə dəyişər?

Sonxeber.az xəbər verir ki, bu barədə BBC-də dərc olunan məqalədə altı həftə ərzində əlavə şəkər qəbulundan imtina edən bir jurnalistin təcrübəsi təqdim olunub. Müəllif gündəlik qidalanmasında ev yeməklərinə üstünlük versə də, hər gün bir-iki dəfə şokolad və digər şirniyyatlar yediyini qeyd edib. Bu vərdişdən narahat olan jurnalist altı həftə ərzində tərkibində əlavə edilmiş rafinə şəkər olan qidalardan imtina etmək qərarına gəlib. O, bal və meyvə şirəsi də qəbul etməyib. Bununla belə, bütöv meyvələrdəki təbii şəkəri və orqanizm üçün enerji mənbəyi olan mürəkkəb karbohidratları qidalanmasında saxlayıb.

Eksperimentin ilk günlərində müəllif enerji səviyyəsində dəyişiklik hiss edib. Xüsusilə nahardan sonra yaranan yorğunluğun azaldığını bildirib. Ancaq şirin qidalardan uzaqlaşmaq o qədər də asan olmayıb. O, tez-tez soyuducuda şirin bir şey axtardığını və nədənsə məhrum olduğu hissini yaşadığını yazıb.

Eksperiment zamanı məlum olub ki, əlavə şəkərdən uzaq durmaq düşündüyündən daha çətindir. Müəllif supermarketdə məhsulların tərkibini araşdırarkən gözləmədiyi qidalarda da şəkər aşkar edib. Məsələn, bir sendviçdə 5,7 qram, hazır bolonez yeməyində 9 qram, adi çörəyin bir dilimində isə təxminən 1,2 qram şəkər olub.

ABŞ-da qidalanma üzrə tövsiyələr gündə 50 qramdan az, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti isə 30 qramdan az əlavə şəkər qəbul etməyi məsləhət görür. Lakin ABŞ-da aparılan araşdırmalara görə, yetkin insanlar gündə orta hesabla 65-70 qram şəkər qəbul edirlər.

Qidalarda qlükoza, fruktoza, laktoza və saxaroza kimi müxtəlif şəkər növləri mövcuddur. Meyvələrdə fruktoza, süddə laktoza, süfrə şəkərində isə saxaroza var. Şirələr, bal və şərbətlərdəki sərbəst şəkərlər də orqanizm tərəfindən daha asan mənimsənilir.

Miçiqan Universitetinin psixologiya professoru Eşli Gerhardtın sözlərinə görə, insan doğulduğu andan şirin dada meyilli olur. Problem isə müasir qida sənayesinin şəkərli məhsulları ucuz və əlçatan şəkildə istehsal etməsidir.

Həddindən artıq şəkər hansı problemlərə səbəb olur?

Araşdırmalar göstərir ki, şəkərlə zəngin qidalar qanda şəkərin səviyyəsini sürətlə yüksəldə bilər. Bu halın tez-tez təkrarlanması insulinə həssaslığın azalmasına və ikinci tip diabet riskinin artmasına səbəb ola bilər.

Yüksək şəkər qəbulu diş çürüməsi, piylənmə, iltihabi proseslər, Altsheymer xəstəliyi və bəzi xərçəng növləri ilə də əlaqələndirilir. Son araşdırmalar şəkərlə zəngin qidalanmanın narahatlıq və depressiya əlamətləri də daxil olmaqla, psixoloji problemlərlə əlaqəli ola biləcəyini göstərir.

Şəkərli içkilərin qaraciyərə təsiri ilə bağlı aparılan bir təcrübədə bir neçə həftə ərzində belə içkilər qəbul edən iştirakçılarda qaraciyər piyinin miqdarı təxminən iki dəfə artıb. Bu nəticə onların ümumi kalori qəbulunun eyni qalmasına baxmayaraq müşahidə edilib.

Araşdırmanın həmmüəllifi, şəkərin zərərləri üzrə mütəxəssis Robert Lustiq fruktozanın hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildirir. Onun sözlərinə görə, bu proses yorğunluq, halsızlıq, əsəbilik və diqqət dağınıqlığı ilə nəticələnə bilər.

Şəkərdən imtina niyə çətindir?

Eksperimentin ilk günlərində müəllif güclü şirin qida istəyi ilə üzləşib. Xüsusilə tədbirlərdə və qonaqlıqlarda şirniyyatlardan imtina etmək çətin olub.

Bunun bioloji səbəbləri də var. ABŞ-ın Binqhemton Universitetinin professoru Lina Beqdaşın sözlərinə görə, şəkər qəbulu beyində opioid asılılığında müşahidə edilən bəzi mexanizmlərə bənzər dəyişikliklər yarada bilər.

Şirin qidalar beynin mükafat sistemini aktivləşdirir və dopamin ifrazını artırır. Bu isə insanda həzz və məmnunluq hissi yaradır. Şəkərə güclü meyilli olan insanlarda bu reaksiya daha qabarıq ola bilər. Bununla belə, şəkərin asılılıq yaratma xüsusiyyəti elmi müzakirə mövzusu olaraq qalır.

Müəllif şirniyyat istəyini azaltmaq üçün banan, qaragilə və kakao tozundan hazırlanan kokteyllərə, həmçinin üzümə və almaya üstünlük verib. Zaman keçdikcə meyvələrin dadını əvvəlkindən daha şirin hiss etməyə başlayıb.

Üç həftədən sonra şirniyyat istəyi azalır

Stanford Universitetinin Tibb Məktəbinin dietoloqu Daliya Perelman bildirir ki, şəkər qəbulunu dayandırdıqdan bir neçə gün sonra orqanizm bu dada daha az ehtiyac duymağa başlayır. Dad reseptorları dəyişir və insan təbii şirinliyi daha yaxşı hiss edir.

Eksperimentin təxminən üçüncü həftəsində müəllif şirniyyat istəyinin xeyli azaldığını müşahidə edib. Günortadan sonra acdıqda şirniyyat əvəzinə zeytun, qoz-fındıq və meyvə yeməyə başlayıb.

Beqdaşın fikrincə, şəkər qəbulunun azalması triqliseridlərin səviyyəsinin aşağı düşməsinə və insulinə həssaslığın yaxşılaşmasına da kömək edə bilər.

Şəkər qəbulunun azaldılmasının uşaqlara təsiri ilə bağlı kiçik bir araşdırmada isə 41 uşaq 10 gün ərzində əlavə şəkər qəbul etməyib. Eksperimentin sonunda onların qan təzyiqi və bədən piyinin miqdarı azalıb, insulinə qarşı müqavimət göstəriciləri və davranışlarında yaxşılaşma müşahidə olunub.

Altı həftə sonra orqanizmdə hansı dəyişikliklər baş verir?

Eksperiment başa çatdıqda müəllif gündəlik şirniyyat yemək istəyinin əvvəlki kimi olmadığını bildirib. Hətta az şəkərli səhər yeməyi məhsulları belə ona həddindən artıq şirin gəlməyə başlayıb.

Altı həftədən sonra yenidən şirniyyat yeməyə cəhd edən jurnalist əvvəlki həzz hissini yaşamadığını qeyd edib. Tərkibində 28 qram şəkər olan şokoladlı peçenyedən bir neçə dişləmədən sonra imtina edib. Şəkərin dadı şokoladın dadını üstələyib, ardınca isə yenidən yorğunluq hiss edib.

Müəllif bundan sonra əlavə şəkərdən tamamilə imtina etmək əvəzinə, həftəiçi günlərdə onu məhdudlaşdırmaq, həftəsonu isə az miqdarda şirniyyat yemək qərarına gəlib.

Eksperiment göstərib ki, altı həftə ərzində əlavə şəkər qəbulunun dayandırılması insanın dad duyğusuna və qidalanma vərdişlərinə təsir edə bilər. Bu müddətdə şirniyyat istəyi azala, təbii qidaların şirinliyi daha aydın hiss oluna, enerji səviyyəsində dəyişikliklər müşahidə edilə bilər. Bunun üçün məhsulların tərkibini yoxlamaq, şəkərli içkiləri azaltmaq və sağlam qəlyanaltılara üstünlük vermək vacibdir.(Qaynarinfo)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 154   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

1 noyabr
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

7 noyabr
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

2 noyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Ürək sağlamlığını qorumağa kömək edən 5 qida

Ürək-damar sisteminin sağlamlığı yalnız fiziki aktivlikdən deyil, gündəlik qidalanma vərdişlərindən də asılıdır. Düzgün seçilmiş məhsullar qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə, qan damarlarının fəaliyyətinin dəstəklənməsinə və ürək xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Xüsusil

18 noyabr
.

Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub

Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə

6 noyabr
.

Hər gün eyni saatda yatmaq və yemək ağrıları azalda bilər - ARAŞDIRMA

ABŞ alimləri gündəlik həyat rejiminə əməl edən yaşlı insanların daha az fiziki ağrı və depressiya əlamətləri ilə qarşılaşdığını müəyyənləşdiriblər. xəbər verir ki, bu barədə "ScienceDaily" Missuri Universitetində aparılan araşdırmaya istinadən məlumat yayıb. Tədqiqatda 67 yaşlı şəxs iştira

15 noyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr