Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb.
Oxu.Az "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib.
Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxil olub.
Özlem E. aktyoru qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın təcili yardım çağırıb. Hadisə yerinə polis və tibbi yardım qrupları göndərilib. Həkimlər aktyorun öldüyünü müəyyən ediblər.
Sevgilisinin sözlərinə görə, 51 yaşlı Serhat Kılıç limfa xərçəngindən əziyyət çəkirdi.
Polis aktyorun ölümü ilə bağlı araşdırmaya başlayıb. Ölüm səbəbinin ekspertiza nəticəsində müəyyənləşdiriləcəyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1016 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrOtağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabr