İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?

İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?Şuşada bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan məkanlara zərər vurulması ilə bağlı narahatlıq yaradıb. Qoruq İdarəsinin məlumatına görə, bu cür yazılar sonradan silinsə də, təmizləmə zamanı qayalara əlavə zərər dəyməsi mümkündür və belə hallar artıq təkrarlanır.

Bəs, turistlərin qayalar üzərinə yazılar yazması Şuşanın təbii və tarixi-mədəni irsi üçün hansı risklər yaradır və belə halların qarşısını almaq üçün nəzarət, cərimə və maarifləndirmə baxımından hansı tədbirlər gücləndirilməlidir?
İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, turistlərin Şuşada qayaların üzərinə müxtəlif yazılar yazması şəhərin təbii və mədəni irsinə ciddi zərər vura bilər:

"Belə müdaxilələr tarixi məkanların ilkin görünüşünü pozmaqla yanaşı, onların gələcək nəsillərə olduğu kimi ötürülməsinə mane olur. Qayaların səthinə həkk olunan yazıların təmizlənməsi isə bəzən əlavə zədələnmələrə səbəb ola və bərpa işlərini çətinləşdirə bilər. Bu cür halların qarşısının alınması üçün turizm obyektlərində maarifləndirici lövhələrin və xəbərdaredici nişanların yerləşdirilməsi vacibdir".

Ekspert bildirib ki, eyni zamanda, tarixi və təbii ərazilərdə nəzarət mexanizmləri gücləndirilməli, qaydaları pozan şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülməlidir:

"Turistlərə səfər zamanı tarixi abidələrə və təbiətə hörmətlə yanaşmağın vacibliyi həm bələdçilər, həm də turizm şirkətləri tərəfindən izah edilməlidir. Sosial şəbəkələr və media vasitəsilə aparılan maarifləndirici kampaniyalar da turistlərdə məsuliyyətli davranış vərdişlərinin formalaşmasına kömək edə bilər. Şuşanın zəngin tarixi və təbii irsinin qorunması həm dövlət qurumlarının, həm turizm sektorunun, həm də hər bir ziyarətçinin ortaq məsuliyyətidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 561   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp yenidən seçkilərdə qalib gəldiyini bildirib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 71 milyon qanuni səs toplayaraq seçkilərdə qalib gəldiyini bəyan edib. xəbər verir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yazıb. ABŞ-ın hazırkı prezidenti bildirib: "Mən 71 milyo

8 noyabr 2020
.

Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki illərə görə artıb.

Cari ilin birinci yarısında Azərbaycanda mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çox və ya 187,7 mln. manat olub. "Report"-a istinadən xəbər verir ki, onun da 66,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,8%-i içkilər də daxil olmaql

29 iyul 2019
.

Bu hadisə daxili turizmin inkişafına təkan verəcək - VİDEO

Qəbələ, Şəki-Zaqatala, Oğuz və digər ətraf bölgələrə turizm məqsədi ilə gələn həm xarici, həm də yerli turistlərin sayı artacaq. Bu imkan Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi nəticəsində yaranır. -a istinadən bildirir ki, mövzuya münasibət bildirən millət vəkili Vüqa

17 may 2021
.

Rus çarının Türkiyədəki malikanəsi otel olacaq

Rusiya imperatoru II Nikolayın Türkiyənin Qars vilayətindəki ov malikanəsi hotelə çevrilir. xəbər verir ki, bu barədə "Sözcü" məlumat yayıb. Sarıqamış meşələrində 1897-ci ildə tikilən malikanə 49 il müddətinə tenderə çıxarılıb. Əhalinin "Katerina malikanəsi" adlandırdığı tarixi tikilin

5 sentyabr 2021
.

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib

Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb. Sonxeber.a xəbər verir ki, bu barədə "Greek City Times" bildirib. Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarında

4 iyul 2021
.

MDB ölkələri Özbəkistan və Qazaxıstan üçün "Silk Way" ümumi viza layihəsini dəstəkləyib.

MDB ölkələri Özbəkistan və Qazaxıstan üçün "Silk Way" ümumi viza layihəsini dəstəkləyib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri vəzifəsini yerinə yetirən Əbdüləziz Akkulov bildirib ki, bu təşəbbü

29 iyul 2019
.

İranda daha 432 nəfər koronavirusdan öldü

Son 24 saat ərzində İranda 9 min 450 nəfər koronavirusa yoluxub, 423 nəfər isə həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda virusa yoluxanların ümumi sayı 673 min 250 nəfər, ölənlərin sayı is

8 noyabr 2020
.

Natia Turnava "Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır."

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı 10 maddədən ibarət təkliflər planı hazırlayıb. "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın "Business Media" nəşri yazıb. Sənəd Rusiyanın Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağaya cavab olaraq tərtib olunub. Planın birinc

29 iyul 2019
.

"Hazırda Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyə istiqamətini seçir"

bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, hazırda Bakıdan xarici ölkələrə birbaşa uçuşlar yalnız bir neçə şəhərə yerinə yetirilir:. "Buna görə də insanlar daha çox Turkiyə istiqamətin

13 sentyabr 2020