Əhaliyə xəbərdarlıq! Qəfil TƏHLÜKƏ - DİQQƏTLİ OLUN

Əhaliyə xəbərdarlıq! Qəfil TƏHLÜKƏ - DİQQƏTLİ OLUN"Bu gün qəfil geomaqnit qasırğası başlayıb. Qəfil qasırğanın səbəbi Günəşdəki alışmalar və Günəş plazma küləyidir".
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
Onun sözlərinə görə, gün ərzində qasırğanın Kp indeksi aşağı enməyib: "Günəşin səthində formalaşmış tac dəliyində (Coronal Hole = CH) maqnit qüvvə xətləri demək olar ki, açıqdır. Yüklü plazma zərrəcikləri asanlıqla Günəş tacını tərk edir və digər planetlərə, o cümlədən Yerə doğru yönəlir. Yer ətrafı fəzaya çataraq həyəcanlanmaya səbəb olur. Qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir və gün ərzində bu aşağı enməyib. Qasırğanın gün ərzində ən azı G1 səviyyəsinə enəcəyini gözləyirdik. Lakin hələ də, daha yüksək kvasda G2 səviyyədə davam edir. Qasırğanın mövcud təsirinin sabah da müşahidə ediləcəyini gözləyirik, lakin tədricən zəifləyəcək.
Bu qasırğanı ona görə qəfil hesab edirik ki, əvvəlki günlərdə Kp ideksi 1-2 arasında dəyişirdi, qəfildən 5-ə qalxdı. Hazırda Günəş küləyinin sürəti 525 km/san-dir. Bunu yüksək sürət adlandırmaq olar".
E.Babayev qəfil qasırğanın insan səhhətinə zərərinə də toxunub. Onun sözlərinə görə, yuxarı coğrafi en dairələrində yaşayan insanlara, bu ölkələrdəki texnoloji sistemlərə, Yer ətrafı fəzada olan kommunikasiya peyklərinin işinə qısa müddətli təsir göstərə bilər.
"Bu sistemlər izlənilməlidir. Orta en dairələrində yaşayanlar qasırğanın təsirini nisbətən zəif formada hiss edəcək. Lakin hər halda bu vəziyyət discomfort şərait yarada bilər. Bu hadisə hər bir şəxsə fərdi təsir göstərə bilər. Sağlam insanlarda gümrahlıq effekti yarada bilər. Risk qrupuna daxil olan şəxslər həkim məsləhəti ilə önləyici tədbirlər görə bilər".

Mənbə:Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6475   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu tarixdə mobil telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqət

4 may
.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

3 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanı

5 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

4 may
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

4 may
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

5 may