Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO
Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar.
Məlumata görə, hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
13:20
Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin "fond pulu" tələb etdiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı müdir Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılıb.
Müdir məcburi şəkildə "fond pulu"nun yığılmasını tələb edir:
"Bu bağça üçün öz hesabıma hər şey etmişəm. Heç bir müəllim ilə artıq işləməyəcəyəm. 24 uşaqdan Yeganə müəllimə 3 uşağın "fond pulu"sunu yığıb. Cəmi 60 manat. Bu gün 1135 manat jalüz ustasına pul vermişəm. Problem deyil. Mənim evimdə pulum var. Evimdən də o pulu göndərə bilərəm. Axı nə qədər belə olacaq? Ayağınızı-ayağınız üstə aşırıb, yelləyirsiniz. Hansı yaxşı işinizə görə? Daha bəsdir. İnsanı bu həddə çatdırmayın. Özünüz buna məni məcbur etdiniz. Özünüzə gəlin. Dostluq tanışlıq bir yerə qədər. Həddi aşmağı sevmirəm. Qrupdakı uşaqlara da eyni münasibət bəslənilmir".
Məsələ ilə bağlı Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
[/youtube]
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Dəhşətli bir qış gəlir - Havalar...
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ