Rusiyada MİSİR SSENARİSİ? - Putin üçün ŞOK XƏBƏRDARLIQ

Rusiyada MİSİR SSENARİSİ? - Putin üçün ŞOK XƏBƏRDARLIQMartın 26-da Korrupsiya ilə mübarizə Fondunun təsisçisi Aleksey Navalnının çağırışı ilə Moskva və Sankt-Peterburq daxil olmaqla, Rusiyanın 97 şəhərində korrupsiyaya qarşı mitinqlər keçirildi. Etiraz aksiyasına səbəb Navalnının Fondunun daşınmaz əmlak və mülkiyyətə dair tədqiqatı olub. Aksiyanın təxminən 10 min iştirakçısından 1000-ə yaxını, o cümlədən Aleksey Navalnı saxlanılıb.
Bundan bir gün əvvəl isə Rusiyanın müttəfiqi olan Belarusda "sosial parazit" adı ilə tanınan qanuna (qanun yarımştat çalışan, yaxud işsiz vətəndaşların ildə 250 dollarlıq vergi ödəməsini nəzərdə tutur ki, bu da əslində, həmin şəxslərin tamştatlı işə görə ödəyəcəyi vergini qismən kompensasiya etmiş olur – red.) qarşı mitinq keçirildi. Mitinq dağıdıldı və iştirakçılardan 300 nəfərdən çoxu saxlanıldı.
Hər iki halda söhbət icazəsiz aksiyalardan gedir. Moskva və Minskdə Maydanın nümunəsi üzrə inqilab mümkündürmü?
Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy Ukraynanın "Obozrevatel" nəşrinə müsahibəsində bildirib ki, cəmiyyət bu hakimiyyətlərə daha dözə bilmir. O, bunu müsbət hal adlandırıb. Borovoy hesab edir ki, Moskvada keçirilən aksiyaya bu qədər insanın çıxması Kreml üçün böyük gözlənilməzlik idi.
"Düşünürəm ki, proses inkişaf edəcək, çünki cavan insanlar qorxmadılar. Moskvada minlərlə insan həbs edildi. Bu, ciddi simptomdur. Bu, onu göstərir ki, vəziyyət çox dəyişib və etirazlar başqa xarakter almağa başlayacaq. İnsanlar hakimiyyəti ağlını başına yığmağa çağırır. Əgər etiraz aksiyaları əvvəllər dinc xarakter daşıyırdısa, indi istənilən vaxt onlar növbəti – qiyamlarla dinc aksiyaları bir-birindən ayıran mərhələyə keçə bilər".
Rusiyadakı hadisələri ərəb dünyasında baş verənlərlə müqayisə edən siyasətçi hesab edir ki, ölkədə baş verənlər Misir ssenarisinə daha yaxındır.
Belarus və Rusiyada etirazların iki ardıcıl gündə baş verməsinə diqqət çəkən Konstantin Borovoy hesab edir ki, bu, gələcək dəyişikliklərin ciddi simptomudur: "Görünür, Putin və Kreml etirazların çox ciddi xarakterini qəbul edəcək. Və bu şəraitdə təəssüf ki, hakimiyyətlərdən islahatları gözləmək lazım deyil. Təsəvvür etmək olmaz ki, Putin və Kreml korrupsiyaya qarşı proqramı reallaşdırmağa başlayacaqlar. Seçki sisteminin islah edilməsi ağlasığmazdır. Və bu o deməkdir ki, etirazlar artacaq. Bizi Rusiyada ciddi dəyişikliklər gözləyir".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3323   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel